BAKU Azərbaycan
11.03°C
  • USD
    1.7
  • EUR
    1.75
  • RUB
    1.6396
  • TRY
    0.0478
  • GBP
    2.0777
63594

Məlum olduğu kimi, hazırda ölkədəki sənədsiz evlərlə bağlı yeni qanun layihəsi hazırlanır. Hər yaşayış məntəqəsi üçün spesifik şərtlər mövcuddur və bu sahələrdə yerləşən tikililərin hüquqi statusunun müəyyən edilməsi üçün xüsusi standartların təsdiq edilməsi üzərində işlər davam etdirilir. Vahid kadastr sistemi vasitəsilə müvafiq dövlət orqanlarının təqdim etdiyi məlumatlar əsasında hansı tikililərin mühafizə zonalarına düşdüyü müəyyən olunur.

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyib ki, sənədsiz evlərin qeydiyyatı yalnız yeni hazırlanan qanun layihəsindən sonra mümkün olacaq və müraciətlərin qəbulu elektron qaydada həyata keçiriləcək: “Torpaqların təyinatının dəyişdirilərək yaşayış məntəqələri təyinatlı torpaqlara çevrilməsindən sonra onların üzərində tikilən evlərə çıxarışların verilməsi mümkün olacaq. İndiyədək bu istiqamətdə müəyyən addımlar atılsa da, real nəticələr olmayıb. Ümid edirik ki, bu dəfə olacaq”.

Ekspert qeyd edib ki, fərdi yaşayış evlərinin müəyyən hissəsi aktiv mədən ərazisində yerləşir:

"Yəni, o ərazilərdən bu gün neft çıxarılır. Lakin bəzi ərazilər var ki, orada artıq istismar dayandırılıb, neft çıxarılmır. Bununla bağlı dəqiqləşdirilmələr aparılmalıdır. Mühafizə zolaqlarına düşən qanunsuz tikililər istisna olmaqla, digər tikililərin sənədləşməsi qanun lahiyəsində öz əksini tapmalıdır". Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyevin sözlərinə görə, hazırda 40 min qeyri-yaşayış obyekti digər təyinatlı torpaqlarda tikildiyindən onlara çıxarış verilməsi mümkün deyil. Bunun üçün həmin obyektlərin yerləşdikləri ərazilərdə torpaqların təyinatı dəyişdirilməlidir.

Ekspert bildirib ki, Bakı və Bakı ətrafında inşa edilmiş obyektlər illərdir ki fəaliyyət göstərir. Onların mütləq əksəriyyəti vergi ödəyicisi kimi qeydiyyata düşüb və qeyri-yaşayış obyekti kimi kommunal xərclərə daha çox rüsum ödəyirlər: "Amma hələ də o obyektlərə çıxarış verilməyib. Bu problem aradan qaldırılmalıdır".

E.Fərəzliyevin dediyinə görə, kommunikasiya xətlərinin mühafizə zolağında inşa olunmuş qanunusuz tikililərdən başqa normativlərə uyğun inşa edilmiş fərdi evlər də sənədləşdirilməlidir:
“Bələdiyyə qanunvericiliyinə görə, vətəndaş bələdiyyə torpağında 5 ildən artıq yaşayırsa, onun icarə müaqviləsinin rəsmiləşməsinə, yaxud özəlləşməsinə şərait yaradılmalıdır. Hazırda bələdiyyə torpaqları üzərində inşa olunmuş evlərə görə büdcə küllü məbləğdə vəsait itirir”.
Ekspert vurğulayıb ki, dəmir yolu xəttinin arasında tikilmiş mənzilin özəlləşdirilməsini gözləmək doğru deyil: “Əslində, bu, həmin insanların həyatına təhlükə yaradan amildir. Amma insan sağlamlığına və insan fəaliyyətinə əngəl olmayan bütün sənədsiz evlərə sənəd veriləcək. Kommunikasiya xətlərinin mühafizə zolağında inşa olunmuş qanunusuz tikililərdən başqa normativlərə uyğun inşa edilmiş fərdi evlər də sənədləşdirilməlidir”.

Əmlak eksperti Elnur Azadovun sözlərinə görə, müxtəlif vaxtlarda ayrı-ayrı dövlət qurumları tərəfindən verilmiş sənədlər var. İlkin sənədləri olan əmlaklar var və onların tanınması istiqamətində işlər aprılacaq. İlkin sənədləri olan əmlaklara yaxın vaxtlarda çıxarış veriləcək, yəni leqallaşdırılacaq: “Sənədləşdırilməmiş evlərin sayı minlərlədir. Bu evlər içərisində gələcəkdə leqallaşdırılması mümkün olmayan daşınmaz əmlaklar var. Söhbət xüsusi mühafizə olunan, kommunikasıya xəttlərinə yaxın ərazilərdə tikilən evlərdən gedir. Həmin evlər leqallaşdırılmayacaq”.

©Bakupost.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

“Formula 1” üzrə Azərbaycan Qran-prisinə bilet satışı başlayıb

ABŞ Qazaxıstandan 49 illiyinə torpaq icarəyə götürəcək

ADY, eləcə də onun qurumları lisenziya və icazə tələbindən azad olunur

Sabiq baş həkim cinayət məsuliyyətinə cəlb edildi - 142 min manat ödəməlidir

Azərbaycan Parisdə qazandığı 5 medalı geri qaytarır - RƏSMİ

Nisyə mal alıb-satmağın şərtləri dəyişir

Azərbaycan səfirliyinə hücum edən şəxs edam olunacaq

Azərbaycanda “e-mühasibat” informasiya sistemi yaradılacaq

“Xalq Bank”dan 315 milyondan çox vəsait geri çəkildi

“Xalq Bank”dan 315 milyondan çox vəsait geri çəkildi

2500 manat məbləğində yeni dövlət rüsumu müəyyən olunur

Azərbaycan meymunçiçəyi virusu ilə bağlı endemik risk qrupuna daxil deyil

Sahibkarlıq sahəsində yoxlamalar daha 1 il dayandırılır

Sahibkarlıq sahəsində yoxlamalar daha 1 il dayandırılır

İxracdan əldə olunan 92.4 milyon manatın ölkəyə qaytarılması təmin edilib

"Minay Group" məhkəmə qarşısında

"Netflix" abunəlik qiymətlərini artırıb

Murtuza Muxtarovun bağ evi təmir olunacaq - 7 mln. manatlıq layihə

Rusiyanın neft ixracı minimuma endi

Hansı evlər sənədləşdirilməyəcək? - Araşdırma

Yaponiya brendləri dünyanı fəth edir - Qlobal reytinqdə 37 marka

Yaponiya brendləri dünyanı fəth edir - Qlobal reytinqdə 37 marka

AMB sədri kommunal xidmətlərdəki bahalaşmanın təsirlərindən danışdı

Davosda Azərbaycan və Ukrayna prezidentlərinin görüşü olub

Bu dövlət qurumunda yoxlama aparıldı: Pozuntular aşkarlanıb

Qazaxıstanda üç hava limanının tikintisinə başlanılıb

Ötən il 65 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

Braziliyada keçiriləcək COP30-a prezident təyin olunub

Baş bankir xakerlərin oğurladığı 80 min manatın tez tapılması məsələsinə aydınlıq gətirdi

Baş bankir xakerlərin oğurladığı 80 min manatın tez tapılması məsələsinə aydınlıq gətirdi

Bakıda torpağın qiyməti neçəyədir? - Açıqlama

Banklara pul qoyanların sayı 40 mindən çox artıb

"2025-ci ildə iqtisadiyyatımızın artımını 3,3% proqnozlaşdırırıq" - Taleh Kazımov

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin