BAKU Azərbaycan
18.3°C
  • USD
    1.7
  • EUR
    1.8896
  • RUB
    2.0988
  • TRY
    0.0438
  • GBP
    2.2441
63369

Son vaxtlar sosial şəbəkələrdə bir sıra tanınmış şəxslərin adından dələduzluq əməllərinin törədilməsi barədə tez-tez məlumatlar yayılır.

Əsasən çox izləyicisi olan profillərin sahibləri dostlarına müraciət edərək onların adından hansısa şəxslərin pul istədiyini bildirirlər. Müxtəlif yollara əl atan dələduzlar özlərini həmin hesabların sahibi kimi təqdim edirlər. Onlar hətta tanınmış şəxslərin səsindən və mobil nömrəsinin eynisindən istifadə edirlər.

Beləliklə, vətəndaşlar tora salınır, pul göndərilməsi, təcili kömək edilməsi ilə bağlı xahişlər dərhal yerinə yetirilir. Araşdırmalar göstərir ki, artıq xeyli insan yeni dələduzluq üsulunun qurbanına çevrilib.

Məsələ ilə əlaqədar Daxili İşlər Nazirliyinə sorğu verdik. Qurumun Mətbuat xidmətinin rəis müavini Zeyni Hüseynov “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, nazirlik tərəfindən kibercinayətkarlığın bütün növləri ilə mübarizə çərçivəsində mütəmadi olaraq əməliyyat tədbirləri ilə yanaşı təbliğat, təşviqat, maarifləndirmə işləri də həyata keçirilir: “Buna baxmayaraq, kibercinayətkarlar dayanmadan yeni üsul və vasitələr üzərində çalışırlar. Son zamanlar isə belə şəxslər sosial mühəndislik yolu ilə məlumatlar toplayaraq vatsap ani mesajlaşma şəbəkəsi vasitəsilə tanınmış, nüfuzlu şəxslərin fotolarından və anket məlumatlarından istifadə edib təcili pul lazım olması adı ilə vətəndaşlara, onların yaxın çevrəsinə zənglər edir, mesajlar yazırlar. Hətta süni intellekt vasitəsilə səslər eyniləşdirilir, virtual nömrələrdən istifadə edilir. Yəni telefonun ekranında əks olunan nömrə ilə həmin şəxsin mobil nömrəsi ilə üst-üstə düşə bilər.

Qeyd olunanları nəzərə alaraq bir daha vurğulayırıq ki, bu hallarla bağlı vətəndaşlar diqqətli olsunlar, daxil olan zənglər üzrə verilən məlumatları dəqiqləşdirsinlər, qəti şəkildə pul vəsaitləri verməsinlər.

Belə hallarla üzləşdikləri təqdirdə DİN-in "102" Xidməti-Zəng Mərkəzinə və nazirliyin sosial şəbəkələrdəki “Polisazerbaycan” səhifələrinə məlumat vermələrini xahiş edirik”.

©qafqazinfo.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Azərbaycanda yeni medal təsis edildi

AZIR indeksi yeni metodologiya əsasında hesablanacaq

Vüqar Səfərli ilə həbs edilən şirkət rəhbəri azadlığa buraxıldı

Süni intellekt “TikTok” fotolarını videoaya çevirəcək

Azərbaycanda 11 mindən çox şəxs aliment ödəməmək üçün gizlənib - Rəsmi

Azər Şirvanzadə həbs edildi - 300 minlik dələduzluq

Kassanın dolu olması hələ şirkətin qazanması demək deyil

Kassanın dolu olması hələ şirkətin qazanması demək deyil

Bu rayonda Gənclər Evi cərimələndi

"Mozalan Studiyası"na yeni direktor təyin edildi

Məhsulunuz üçün tədbir təşkil edin - Xidməti dirçəltməyin 17 yolu

“Peyk zavodu”nun direktoru dəyişdi

Kartlardan 18 min manat oğurlandı

Milyarder Uorren Baffet qocalıq əlamətlərindən şikayətlənir

Müdafiə Sənayesi Nazirliyində kadr dəyişikliyi olub

Baş həkim olmaq arzusu ona baha başa gəldi...

“Səba” külli miqdarda borc içində - Rəhbəri dəyişdi

“Səba” külli miqdarda borc içində - Rəhbəri dəyişdi

Azərbaycanda mənzil tikintisi ZƏİFLƏYİR - SƏBƏBLƏR

2025-ci il Bakıda bu ərazilərdəki qəzalı binalar söküləcək (VİDEO)

Azərbaycan nefti bahalaşıb

Şagirdlər üçün yay düşərgələrinin qiymətləri AÇIQLANDI

Gənc İstedadın Böyük Hədəfi: Mehdi Qulubəylidən "AZİ" Mobil Telefon Startapı (FOTO)

Trampın ailəsi onun prezidentliyi dövründə nə qədər pul qazanıb?

Avro bahalaşarkən, rubl dəyər itirdi - Günün məzənnəsi

Kriptovalyuta bazarında ümumi geriləmə - Rəqəmsal pullar dəyər itirir

NASA-dan sahibkarlığa gedən yol: Ayşanın ilhamverici hekayəsi - SƏHƏR OXUSU

Borcun ödənilməsi üçün bu şirkətə vaxt verildi

Azərbaycanlı məktəbli BMT Oyunlarında medal qazandı

Azərbaycanlı məktəbli BMT Oyunlarında medal qazandı

"Nvidia" Səudiyyə Ərəbistanını qlobal süni intellekt liderinə çevirməyi hədəfləyir

"Samsung" 1,5 milyard avro şirkət aldı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin