Rusiyanın bəzi aviaşirkətləri Azərbaycana reyslərini ləğv edib
Rusiyanın "IrAero", "Ural Airlines" və "UTair" aviaşirkətləri Ufa, Samara, Vladiqafqaz, Saratov, Nijni Novqorod və Soçidən Azərbaycana reysləri ləğv edib.
Bildirilib ki, "UTair" Ufa və Samaradan Bakıya uçuşları ləğv edib. Sərnişinlər artıq SMS vasitəsilə ləğv barədə bildirişlər almağa başlayıblar. Reyslər hələ də bronlaşdırma sistemində qalır, lakin ən azı yanvarın sonuna qədər bilet almaq mümkün deyil.
Eyni zamanda, "UTair"in Moskva, Sankt-Peterburq, Tümen və Surqutdan Bakıya reysləri saxlanılır.
"IrAero" Vladiqafqaz, Saratov və Nijni Novqoroddan Bakıya reysləri cədvəldən çıxarıb. Bu reyslərə biletlər bronlaşdırma sistemindən tamamilə silinib. "IrAero"nun Moskva, Kazan, Perm, Novosibirsk və Krasnoyarskdan Bakıya reysləri qalır.
"Ural Airlines" Soçidən uçuş proqramında dəyişiklik edib. Moskva və Yekaterinburqdan Bakıya reyslərin biletləri satışda qalıb.
Qeyd edək ki, Azərbaycandan Rusiyanın 10 şəhərinə - Qroznı, Mahaçqala, Mineralnıye Vodı, Soçi, Volqoqrad, Ufa, Samara, Nijni Novqorod, Vladiqafqaz və Saratova uçuşlar dayandırılıb.
©Report
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay