Bu sahədə qadınlar üçün iş yaradılacaq
Diplomatiya sahəsində qadınların sayının artırılması üçün müvəqqəti kvota tətbiq edilə bilər
Valyuta.az xəbər verir ki, bu fikirlər Mili Məclisdə "Diplomatik xidmət haqqında" yeni qanun layihəsinin müzakirəsi zamanı səsləndirilib.
Qeyd edilib ki, Azərbaycanın qadın səfirlərin sayı azdır:
"Kvota sistemi və pozitiv diskriminasiyanın tərəfdarı deyiləm. Amma müvəqqəti addımlar atmaq, imtiyazlar vermək mümkündür. Diplomatiya sahəsində qadınların sayının artırılması üçün müvəqqəti kvota tətbiq edilə bilər".
Həmçinin vurğulanıb ki, vaxtilə bir neçə dəfə səfir təyin olunmuş bəzi yaşlı diplomatlar hazırda işsizdirlər:
"Onlara nə XİN-də, nə digər əlaqədar orqanlarda müvafiq iş yoxdur. Lakin onlar hələ də işləmək istəyirlər və həmin kadrların təcrübəsindən hansısa şəkildə istifadə etmək olar".
Milli Məclisin sədri Sahibə Qafarova isə deputatın qadınlarla bağlı kvota tətbiqi haqqında təklifinə müsbət yanaşmadığını söyləyib:
"Kvota məsələsi gender bərabərliyi problemi olan ölkələrdə keçərli ola bilər. Azərbaycanda isə gender bərabərliyi Konstitusiyada da öz əksini tapıb".
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay