BAKU Azərbaycan
8.03°C
  • USD
    1.7
  • EUR
    1.7943
  • RUB
    1.5024
  • TRY
    0.0491
  • GBP
    2.1535
60413

Külli miqdarda vəsaitin leqallaşdırılması, vergidən yayınma və kibercinayətkarlıqda ittiham olunan Bahadır Qasımov, İkram Qasımov, Fərhad Qasımov, Cavid Əzizov, Vəli Əliyev və Anar Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Valyuta.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Anar Sadıqovun sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə veriblər.

Şahid Mayıl Bağırov deyib ki, İkram Qasımov onun dostu olub və təqsirləndirilən şəxsin işlərini görüb:

"İkram Qasımov ticarətlə məşğul idi. Onun konkret nə işlə məşğul olduğunu bilmirdim. Maaş da verirdi. O mənə maşın sürməyə etibarnamə vermişdi. Onların ofisi aviakassa kimi fəaliyyət göstərirdi. Orada pul köçürmələrinin olub-olmadığını bilmirəm. Bahadır Qasımov isə Moskvada yaşayırdı. Bayramlarda bura gəlib-gedirdi. Bir neçə dəfə İkram Qasımovun Dubaydan böyük məbləğdə pullarını gətirmişdim. Həmin pullar bəyannamə əsasında gətirilirdi. Həmin pulları gətirdikdən sonra İkram Qasımova vermişəm".

Daha sonra şahidin ifadələri arasında ziddiyyətlər olduğu üçün ibtidai istintaqa verdiyi ifadəsi elan olunub. O həmin ifadəsində deyib ki, İkram Qasımovla 2019-cu ildən etibarən işləyib.

"Onların ofisi iki hissəli idi. Bir tərəfində turizm, digər tərəfində pul köçürmələri həyata keçirilirdi. Ofisdə ümumi rəhbər İkram Qasımov idi. Orada ölkə xaricinə və ölkə daxilinə pullar köçürülürdü. Bu köçürmələrin qanunsuz olduğunu bilirdim. İkram Qasımov avtomobillərin mənim adıma keçirilməsini təklif etmişdi, etiraz etməmişdim. Onları hər hansı bir dövlət orqanında təmsil etməyim üçün mənə etibarnamə verilməmişdi", - şahidin ibtidai istintaqa verdiyi ifadəsində bildirilib.

Məhkəmənin növbəti iclası dekabrın 6-na təyin olunub.

Qeyd edək ki, ötən il Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi Yasamal rayonu ərazisində yerləşən ofisdə qanunsuz pul köçürmələri həyata keçirilməsinə qarşı əməliyyat keçirib.

Əməliyyatla mütəşəkkil cinayətkarlıqla məşğul olmaqda şübhəli bilinən 6 nəfər - Qasımov Bahadır Ağaqulu oğlu, onun qardaşı Qasımov İkram Ağaqulu oğlu, onların əmisi oğlu Qasımov Fərhad Etibar oğlu, Əzizov Cavid Hacı oğlu, Əliyev Vəli Ağamalı oğlu və Əhmədov Anar Şamil oğlu həbs edilib.

İttihama görə, onlar xarici ölkədən Azərbaycana, Azərbaycandan xarici ölkəyə qanunsuz pul vəsaitləri köçürüblər. Həmçinin qanunsuz olaraq bank fəaliyyəti həyata keçirməklə külli miqdarda vergi ödəməkdən yayınıblar. Dəstə üzvləri bu işlərlə bağlı öz aralarında vəzifə bölgüsü də aparıblar.

Pulların leqallaşdırılması Bakının Yasamal rayonunda, İstanbul və Dubaydakı ofislərdə həyata keçirilib.

Şirkət vasitəsilə xarici ölkələrə ümumilikdə 254 milyon 409 min 947 manat qanunsuz pul köçürülüb. Həmin vəsaitin 1 faizi - 2 milyon 500 min manatı xidmət haqqı kimi onların özünə qalıb.

Ofisdə və İ. Qasımovun yaşadığı evdə axtarış zamanı 1 milyon 500 min dollar, 1 milyon 400 min manat, ABŞ istehsalı olan odlu silahlar, ümumi dəyəri 1 milyon manata yaxın qiymətləndirilən 100-ə yaxın qızıl-brilyant əşyalar tapılıb. Qızıl-zinət əşyalarının ölkəyə qaçaqmalçılıq yolu ilə gətirildiyi bildirilir.

Həbs edilmiş şəxslərin özlərinin və ailə üzvlərinin çoxsaylı əmlakı, eləcə də 100-ə yaxın bahalı avtomobilin, digər minik vasitələrinin üzərinə həbs qoyulub.

Hesablamalarla bütün əmlakların ümumi dəyərinin yarım milyard manata yaxın olduğu müəyyən olunub.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

DTX 70 kq qızılla saxlanılan diplomatla bağlı məlumat yaydı

Kürü istehsalı 200 kiloqramdan çox artıb - Rəqəmlər

Həkim sirri sayılan məlumat vətəndaşdan icazəsiz verilə biləcək

Mərkəzi Bank bu şirkəti inzibati məsuliyyətə cəlb edib

İşə qəbulda bu şəxslərə sınaq müddəti lazım olmayacaq

Onlar işdən çıxarkən birdəfəlik müavinət alacaq

Nazir BMT-nin azərbaycanlı koordinatoruna vəzifə verdi (FOTO)

İcbari tibbi sığorta fondu hesabına ambulator dərman vasitələri təmin ediləcək

Gələn il yanvarın 29-u qeyri-iş günü olacaq

Bələdiyyələr qrant ala biləcək

Yaşıllıqları qanunsuz kəsməyə görə cərimələr dəyişir, cəzalar sərtləşdirilir

“İnvestAz” Korporativ İdarəetməsini təkmilləşdirir - İH-də yeni üzvlər

İcbari tibbi sığorta çərçivəsində apteklərdən dərmanların necə alınacağı müəyyənləşir

"Fitch Solutions" Azərbaycanın iqtisadi artım proqnozu yaxşılaşdırıb

Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün yeni güzəşt müəyyənləşir

Yarım milyard manatlıq kibercinayətkarlıqla bağlı məhkəmə: Dubaydan böyük məbləğdə pullar gətirmişdim

Son bir ildə 2 minə yaxın şəxs banklarda işləməyə başlayıb

Deputat: "Azərbaycanın yalnız sosial büdcəsi Ermənistanın ümumi büdcəsindən 67 faiz çoxdur"

İlhamə Turabovaya Milli Məclisdə yüksək vəzifə verildi - Foto

86 milyon manatı ölkəyə qaytarmadı - Həbs edildi

86 milyon manatı ölkəyə qaytarmadı - Həbs edildi

Ali Məhkəmədən mirasla bağlı mühüm qərar

"Telegram"ın CEO-su: "Bu tokenləri 10 il ərzində satmayacam"

Bu KOB subyektlərinə “Startap” şəhadətnaməsi verildi - Siyahı

BFB-nin keçmiş sədri investisiya şirkətinin rəhbərliyindən ayrılıb

4 universitetə növbəti 5 il müddətinə akkreditasiya verilib

Azərbaycanın üzüm aldığı ölkələr və marketlərdə satışı - QİYMƏTLƏR, CƏDVƏL

Azərbaycanın üzüm aldığı ölkələr və marketlərdə satışı - QİYMƏTLƏR, CƏDVƏL

Neftimiz cüzi ucuzlaşdı - Yeni qiymət

Bəzi ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Bəzi bankların qeyri-faiz gəlirləri azalıb - SİYAHI

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin