1 milyonluq vergi borcu qalmaqalı - "Şəmkir Un-Yem" Dövlət Vergi Xidmətini məhkəməyə verdi
"Şəmkir Un-Yem" şirkəti Dövlət Vergi Xidmətini məhkəməyə verib.
Valyuta.az xəbər verir ki, məhkəmə çəkişməsi vergi məsələləri ilə bağlıdır.
Şirkətin iddiasına Gəncə İnzibati Məhkəməsində baxılacaq.
İş hakim Leyla Əliyevanın icraatındadır.
Araşdırmalarımız zamanı məlum olub ki, "Şəmkir Un-Yem" şirkətinə 1 034 407, 96 manat veri borcu yazılıb.
Bundan başqa, məlum olub ki, səyyar vergi yoxlaması üzrə məsuliyyətə cəlbetmə qərarının nəticəsində 1989544.94 manat əlavə vergi, 1246597.46 manat maliyyə sanksiyası hesablanıb.
Ehtimal olunur ki, məhkəmə çəkişməsinin kökündə bu məsələ dayanır. Dəqiqləşdirmə aparmaq üçün tərəflərlə əlaqə saxlamaq mümkün olmayıb.
"Şəmkir Un-Yem" şirkəti 2016-cı ildən fəaliyyət göstərir. Nizamnamə kapitalı 100 manat olan şirkətin qanuni təmsilçisi Əliyev Zeynal Aslan oğludur.
Hüseyn
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay