Xəbər
26.11.2024 / 12:02
Bu şəxslərin maaşlarının artırılması təklif olunur
60176
Peşəkar ordu quruculuğu sahəsində çalışan müddətdən artıq xidmət çəkən və xüsusi təyinatlı hərbçilərin maaşları bir neçə dəfə artırılmalıdır.
Valyuta.az xəbər verir ki, bu təkliflə Milli Məclisin deputatı Vüqar İskəndərov parlamentin bugünkü plenar iclasında gələn ilin büdcə zərfinin müzakirəsində çıxış edib.
Onun sözlərinə görə, müharibədən çıxmış ölkələrdə hərbi sahəyə axın bir neçə dəfə azalır:
“Ona görə də hərbi sahədə çalışan insanların maaşlarının yüksək olması bu sahəyə axını daha da stimullaşdıra bilər. Bu siyahıya ictimai təhlükəsizliyimizi qoruyan polis əməkdaşlarını da əlavə etməliyik. Çünki hüquq-mühafizə orqanları içərisində ən az məvacib alan Daxili İşlər Nazirliyinin əməkdaşlarıdır”.
Report
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay