Xəbər
26.11.2024 / 10:04
Mingəçevir su anbarında ZƏLZƏLƏ OLDU
60167
Gəncə stansiyasından 41 km şimal-şərqdə Mingəçevir su anbarında zəlzələ qeydə alınıb.
Valyuta.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosundan məlumat verilib.
Bildirilib ki, yerli vaxtla saat 09:16-da qeydə alınan yeraltı təkanların maqnitudası 3.1-ə bərabər olub və ocağı 21 kilometr dərinlikdə yerləşib.
Zəlzələ hiss olunmayıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay