Xəbər
25.11.2024 / 11:30
Komitə sədri: "Valyuta ehtiyatlarımız xarici borcumuzu 14 dəfə üstələyir"
60102
Azərbaycanın strateji valyuta ehtiyatları xarici dövlət borcunu 14 dəfə üstələyir.
Valyuta.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov bildirib.
Onun sözlərinə görə, hazırda ölkənin valyuta ehtiyatları 73 milyard ABŞ dolları təşkil edir ki, bu da ilin sonuna gözlənilən ümumi daxili məhsulun dəyərinə bərabər olmaqla 5,3 milyard ABŞ dolları təşkil edən birbaşa xarici borcdan 14 dəfə çoxdur.
Report
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay