Xəbər
23.11.2024 / 19:33
“Monolink” şirkəti ilə vergi orqanı arasında 130 minlik vergi borcu mübahisəsi
60009
“Monolink” şirkəti ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhər Lokal Gəlirlər Baş İdarəsi arasında vergi məsələlərinə dair mübahisə yaranıb.
Valyuta.az xəbər verir ki, şirkət bu mübahisədən dolayı məhkəməyə müraciət edib.
Şirkətin iddiasına Bakı İnzibati Məhkəməsində baxılacaq.
Miminat Hacıbəyova iş üzrə hakim təyin edilib.
Araşdırmalarımız zamanı məlum olub ki, “Monolink” şirkətinə 137 605,87 manat vergi borcu hesablanıb.
Şirkət isə bu məbləği qəbul etmədiyindən məsələni məhkəmədə mübahisələndirmək qərarına gəlib.
Hüseyn
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay