BAKU Azərbaycan
14.03°C
  • USD
    1.7
  • EUR
    1.7803
  • RUB
    1.6785
  • TRY
    0.0492
  • GBP
    2.139
59990

İstanbulda özünü azərbaycanlı diplomat kimi təqdim edən və 70 kq qızılla saxlanılan şəxs diplomat deyil.

Valyuta.az xəbər verir ki, beləbir iddia ilə APA agentliyi çışış edib.

APA yazır: 

"Tutulan şəxs bir müddət əvvəl Azərbaycanın ABŞ-dəki Səfirliyində hərbi attaşenin köməkçisi vəzifəsində çalışıb. Tutulan şəxsin ölkəmizin Səudiyyə Ərəbistanında hərbi attaşe təyin olunduğu barədə məlumat yayılsa da, bu xəbər öz təsdiqini tapmayıb".

Agentlik əlavə detallar təqdim etməyib.

Xatırladaq ki, Türkiyənin İstanbul şəhərində “Vadi İstanbul” ticarət mərkəzinin yaxınlığında polisin qaçaqmalçılıqla mübarizə məqsədilə həyata keçirdiyi yoxlama zamanı taksilərin birində azərbaycanlının üzərində 70 kiloqram qızıl aşkarlanıb.

Həmin şəxs özünü diplomat kimi təqdim etsə də, onun XİN əməkdaşı olmadığı məlum olub.

HƏBS EDİLƏNLƏRİN SAYI ÇOXDUR

Hadisən bir gün əvvəl də İstanbul Təhlükəsizlik İdarəsinin Qaçaqmalçılıqla Mübarizə Şöbəsinin əməkdaşları qanunsuz yolla Türkiyəyə gətirilməsi nəzərdə tutulan 16 kiloqram qızılı ələ keçirib.

Türkiyə mediasının yazdığına görə, iki Özəl Mühafizə əməkdaşı da özünü vəkil kimi təqdim edən qaçaqmalçı ilə əlbir olublar. Onlar 1 kiloqram qızılın Türkiyəyə qaçaqmalçılıq yolu ilə keçirilməsinə köməklik göstərdikləri üçün min dollar alıblar.

İki nəfər isə qaçaqmalçılıq yolu ilə gətirdikləri qızılları paltarlarının arasında gizlədiblər və bədənlərinə bükərək İstanbul Hava Limanı qarşısında gözləyən özlərini ailə üzvləri kimi göstərən kuryerlərə veriblər. Məlum olub ki, təxmini dəyəri 3 milyon lirə (təxminən 147 min 600 manat) olan qızıl sonradan azərbaycanlı iş adamına satılıb.

Qaçaqmalçıların yenə də Türkiyəyə qaçaqmalçılıq yolu ilə qızıl gətirəcəkləri müəyyənləşib. Qaçaqmalçılıqda Mübarizə Şöbəsinin polisləri əməliyyat üçün hərəkətə keçiblər. İstanbul Hava Limanı Polisi ilə birgə keçirilən əməliyyat nəticəsində xaricdən gələn bir şəbəkə üzvündən bazar dəyəri 50 milyon lirə (təxminən 2 milyon 460 min manat) olan 16 kiloqram qızıl alan iki Özəl Təhlükəsizlik əməkdaşı yaxalanıb.

Özlərini "ailə” kimi təqdim edərək kuryer kimi fəaliyyət göstərən 4 şəbəkə üzvü və özünü "vəkil” kimi təqdim edən şəxs də saxlanılıb. İstintaq çərçivəsində axtarışda olan azərbaycanlı iş adamının xaricdə olduğu müəyyən edilib. Qızıl ələ keçirilib. Əməliyyat zamanı saxlanılan 7 şəbəkə üzvü ədliyyəyə sövq edilərək həbs edilib. Məlum olub ki, həbs edilən Özəl Mühafizə Məmuru həbs olunandan 3 gün sonra atası vasitəsilə İstanbulun Esenyurt şəhərində dörd milyon lirəyə mənzil alıb.

Cinayət yolu ilə əldə edilən gəlirlə alındığı müəyyən edilən evə həbs qoyulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bakıda mənzil qiymətləri nə qədər artıb?

Notbuk istehsalı 3 dəfədən çox artıb

Dünyada qəhvə qiymətləri son 13 ilin ən yüksək səviyyəsinə çatdı

COP29 iştirakçıları üçün pulsuz ictimai nəqliyyat xidməti başa çatır

Türkiyə bankları "Qazprombank" kartlarına xidmət göstərməyi dayandırdı

COP29 zolaqları bu tarixdən qüvvədən düşəcək

Agentlik biri 50 manata 2 min 700 ədəd ayaqqabı alır

Bu il Azərbaycan buğda idxalına çəkdiyi xərci azaldıb

HSBC Rusiya və Belarusdan ödənişləri dayandırdı

COP29 zolaqlarında yol nişanlarının sökülməsinə başlanılıb

Deputat: "Azərbaycan 2026-cı ildən sonra Avropaya yaşıl enerji ixrac etməyi hədəfləyir"

Ehtiram Quliyevi Firəngiz Balakişiyeva əvəz edib - Məşhur şirkətdə dəyişiklik

Azərbaycanda meyvə və tərəvəzlərin QİYMƏTLƏRİ

Azərbaycanda 4,5 bal gücündə zəlzələ oldu

Bəzi yerlərdə duman olacaq, arabir yağış yağacaq

Azərbaycanda sektorlar üzrə strateji planların hazırlanmasının yeni Qaydası təsdiqlənib

Banka məxsus avtomobillər satışa çıxarılır - Qiymətlər 1 000 manatdan 33 000 manatadək

Azərbaycanda bəzi deputatlara mənzil VERİLİB

Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 8 faizdən çox artıb

Bu ilin on ayında 31 mindən çox şəxsə pensiya təyin edilib

İstanbulda 70 kq qızılla saxlanılan azərbaycanlı diplomat deyil? - ƏLAVƏ DETALLAR

Elon Maskın hər kəsin oxumalı olduğunu düşündüyü 9 kitab - KİTABÇI

Elon Maskın hər kəsin oxumalı olduğunu düşündüyü 9 kitab - KİTABÇI

"Bitcoin"dən 305 milyon dollar qazandı!

"Bitcoin"dən 305 milyon dollar qazandı!

Ət, süd və yumurta istehsalı artıb - Yeni rəqəmlər

PSJ-nin Mbappeyə 55 milyon ödəməklə bağlı etirazı RƏDD EDİLDİ

Neftimiz 1 dollara yaxın bahalaşdı

Polkovnik vəfat etdi (FOTO)

Şengen vizası almaq üçün səfirliklərdə görüşün açıq bazarı - 300-400 manat

Yarı ev, yarı ofisdən işləmək - Müsbət və mənfi tərəfləri var

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin