BAKU Azərbaycan
16.03°C
  • USD
    1.7
  • EUR
    1.7938
  • RUB
    1.6915
  • TRY
    0.0493
  • GBP
    2.1513
59920

Rusiya İstintaq Komitəsi Moskvada yerləşən Rusiya Hökuməti yanında Maliyyə Universitetinin azərbaycanlı tələbələrinin şüarlarında ekstremizmə dair heç bir sübut aşkar etməyib.

Valyuta.Az "APA"ya istinadən xəbər verir ki, bu barədə İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko məlumat verib.

O bildirib ki, İstintaq Komitəsinin Moskva şəhəri üzrə Baş İdarəsinin müstəntiqi tərcüməçi ilə birlikdə “Yaşasın Azərbaycan!” şüarının əks etdirən videoyazıları araşdırıb.

"Gənclərin sözlərində ekstremist xarakterli çağırışlara rast gəlinməyib", - deyə Petrenko bildirib.

Onun sözlərinə görə, əcnəbi tələbələrin qanunsuz hərəkətlərə yol vermədiyinə görə istintaq müvafiq prosessual qərar verəcək.

Qeyd edək ki, noyabrın 16-da Teleqramda Moskva Maliyyə və Hüquq Universitetində Azərbaycan bayraqlı gənclərin qanunsuz şüarlar səsləndirdiyi iddia edilən video yayılıb. Rusiyanın millətçi Teleqram kanalları azərbaycanlı gənclərin guya "Allahu əkbər", "Rusları qırın" şüarları səsləndirmələri barədə feyk məlumatlar yayıblar. Feyk informasiya sürətlə sosial şəbəkələrin Rusiya seqmentində və yerli mediada yayılmağa başlayıb. İstintaq Komitəsi terror fəaliyyətinə açıq çağırışlar maddəsi ilə cinayət işi açıb.

Lakin məlum olub ki, hadisə noyabrın 14-də Rusiya hökuməti yanında Maliyyə Universitetində baş verib. Belə ki, təhsil ocağında "Mənim vətənim: böyük və kiçik" adlı festival keçirilib. Festival bitəndən sonra Moskva Maliyyə və Hüquq Universitetinin tələbələri əllərində Azərbaycan bayraqları “Yaşasın Azərbaycan” şüarları qışqıraraq universitetin pilləkənlərindən düşüblər. Bu zaman onların bu hərəkəti videoya çəkilib. İki gün sonra noyabrın 16-da həmin videogörüntü sosial şəbəkələrdə yayılmağa başlayıb. Millətçi Teleqram kanalları guya azərbaycanlı gənclərin ekstremist şüarlar səsləndirdiklərini iddia ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Əmək Məcəlləsinə uyğun olaraq ölkə ərazisində iş vaxtı necə tənzimlənir?

Naxçıvan Daxili İşlər Nazirliyi büdcədənkənar vəsait hesabına tibbi avadanlıq alır - Məbləğ

COP29 Sədrliyi bəyanat yaydı

Yararsız pulları yeniləri ilə dəyişdirə bilərik?

Prezident Fərid Əhmədova rütbə verdi

Prezident Fərid Əhmədova rütbə verdi

"OpenAI"ın baş direktorunun illik maaşı hamını şoka saldı - Cəmi 73 min dollar

Trendyol COP29-da ®

Qarabağa avtobus biletləri satışa çıxarılır

Dizel istehsalındakı kəskin artım nə ilə bağlıdır?

Türkiyədə qurulan Azərbaycan şirkətlərinin sayı azalıb

Restoranlarda təklif olunan ucuz setlər təhlükəlidir? - “Belə istisnalar var”

Şadlıq saraylarında menyuların qiymətləri necədir?

Azərbaycana gətirilən avtomobillərin bir ədədi 3 min dollara yaxın bahalaşıb - Rəsmi

Azərbaycana gətirilən avtomobillərin bir ədədi 3 min dollara yaxın bahalaşıb - Rəsmi

“Apple” ABŞ-də bank statusu alıb

"Ukrayna dairəsi"ndə hansı işlər görüləcək?

Elm və Təhsil Nazirliyi mühafizə xidməti alır - 3,6 milyon manat ayrıldı

Azərbaycanda Avrasiya Dağ Kurortları Festivalı keçiriləcək

"Aqrarkredit" BOKT-a məxsus 50 daşınmaz əmlak hərraca çıxarılacaq

"TAC" MMC-yə 2 protokol tərtib edildi

"WhatsApp" "səsli mesaj transkriptləri" funksiyasını təqdim edib

XRP-nin qiyməti 2 dolları görə bilər: SEC-Ripple məhkəməsində nə baş verir?

XRP-nin qiyməti 2 dolları görə bilər: SEC-Ripple məhkəməsində nə baş verir?

Onlayn qaydada nikahı qeydiyyata almaq olacaq

Sabah hava necə olacaq?

35 su nəqliyyatı vasitəsi hərraca çıxarılacaq

Sahil Babayev sabiq direktora yeni vəzifə verdi - FOTO

Azərbaycanda məzunları ən çox iş tapan UNİVERSİTETLƏR

Prezident İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul etdi

50 milyonluq qızıl qalmaqalı: Azərbaycanlı iş adamı axtarılır

"Azərpoçt" investisiya fəaliyyəti ilə məşğul olacaq

"Azərpoçt" investisiya fəaliyyəti ilə məşğul olacaq

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin