Xəbər
11.10.2024 / 13:13
"Nobel" Sülh mükafatının laureatı məlum olub
57268
“Nobel” Sülh mükafatının laureatı məlum olub.
Valyuta.az xəbər verir ki, Norveç Nobel Komitəsi 2024-cü il Nobel Sülh mükafatının Yaponiyanın Nihon Hidankyo təşkilatına verilməsi barədə qərar qəbul edib.
Xirosima və Naqasakiyə atom bombası atılmasından sağ çıxan insanların yaratdığı bu hərəkat Hibakuşa adı ilə də məşhurdur.
Hərəkat Sülh üzrə Nobel mükafatına nüvə silahı təhlükəsi olmayan sülh içində bir dünyanın yaradılması sahəsində göstərdiyi, o cümlədən nüvə silahından bir daha heç vaxt istifadə edilməməsinin vacibliyini şahid ifadələri ilə nümayiş etdirdiyinə görə layiq görülüb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay