Xəbər
10.10.2024 / 20:55
Biləsuvarda vəzifəli şəxs cərimələndi
57224
Biləsuvar Şəhər Kommunal Müəssisələr Kombinatının rəisi Ceyhun Həyatov Vaqif oğlu barəsində cərimə protokolu tərtib edilib.
Valyuta.az-ın məlumatına görə, rəis İnzibati Xətalar Məcəlləsinin 192.1-ci 198.3-cü ( Əməyin mühafizəsi qaydalarının pozulması) maddəsi ilə protokol irəli sürülüb.
Kombinatda iş zamanı İsayeva İlhamə Camal qızı xəsarət alıb. Buna görə C.Həyatov barəsində protokol tərtib olunub.
Həmin məcəllənin 198.3-cü maddəsinə görə bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda 1500-2000 məbləğdə cərimə edilir.
İş Biləsuvar Rayon Məhkəməsinin hakimi Nüsrət Mirzəyevin icraatındadır.
Sadiq İsbəndərli
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay