Xəbər
08.10.2024 / 17:00
Vətəndaşın mənzilini qanunsuz sökən şirkətlə meriya arasında nə baş verib?
57040
Bakı Şəhər İcra Hakimiyyəti ilə “İbrahim-Q” Mənzil-Tikinti Kooperativi (MTK) arasında icarə müqaviləsinə dair mübahisə yaranıb.
Valyuta.az xəbər verir ki, MTK bu mübahisədən dolayı meriyanı məhkəməyə verib.
İddiaya Bakı Kommersiya Məhkəməsində baxılacaq.
İş hakim Günay Həşimovanın icraatındadır.
“İbrahim-Q” MTK bir neçə ay əvvəl Yasamalda xüsusi mülkiyyətdə olan mənzilin qanunsuz sökməklə gündəmə gəlmişdi.
Həmin vaxt yayılan məlumatlarda deyilirdi ki, faktla bağlı Yasamal Rayon Prokurorluğunda cinayət işi başlanıb.
Hüseyn
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay