BAKU Azərbaycan
11.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
57008

Ali Məhkəməyə yeni hakimlər təyin edilib.

Valyuta.az xəbər verir ki, bununla bağlı Milli Məclisin bugünkü plenar iclasında Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında layihə müzakirə olunub.

Belə ki, İlqar Cəfərov, Sərvər Vəliyev, Raqib Qurbanov, Vüsalə Baxışova və Rəşad Həsənov Ali Məhkəmənin hakimləri təyin edilib. Layihə səsverməyə çıxarılaraq təsdiqlənib.

Qeyd edək ki, İlqar Cəfərov 2020-2024-cü illərdə Ədliyyə Nazirliyinin İcra baş idarəsinin rəisi olub, Sərvər Vəliyev isə 2022-ci ildən Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin Mülki və iqtisadi qanunvericilik sektorunun müdiri olub. Raqib Qurbanov 2020-ci ildən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının sədri, Vüsalə Baxışova 2017-ci ildən Bakı Apellyasiya Məhkəməsinin hakimi, Rəşad Həsənov 2020-ci ildən Bakı Apellyasiya Məhkəməsinin hakimi vəzifəsində çalışıb.

Bakı, Gəncə, Sumqayıt, Şəki və Şirvan Apellyasiya məhkəmələrinə də yeni hakimlər təyin edilib. Layihəyə əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Faiq Qəniyev və Əli Məmmədov, Bakı Kommersiya Məhkəməsinin hakimi Leyla Əliyeva, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Ceyhun Məmmmədov, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Nigar Nəbizadə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Təranə Məmmədova, Astara Rayon Məhkəməsinin hakimi Zamin İbrahimov Bakı Apellyasiya Məhkəməsinin hakimləri təyin edilib.

Şəki Apellyasiya Məhkəməsinin hakimi Günay Cavadova həmin məhkəmənin hakimi vəzifəsindən azad edilərək Gəncə Apellyasiya Məhkəməsinin hakimi təyin olunacaq. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Müşfiq Məmmədov, Tərtər Hərbi Məhkəməsinin hakimi Sevindik Əzizov, Şəki Kommersiya Məhkəməsinin hakimi Rüfət Məcidov vəzifələrinin dəyişdirilməsiylə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin hakimləri təyin edilib.

Sumqayıt İnzibati Məhkəməsinin hakimi Vəfa Əzizova, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimləri Toğrul Axundov və Vahid Hacıyev Sumqayıt Apellyasiya Məhkəməsinin hakimləri təyin olunublar.

Azər İsmayılov vəzifəsinin dəyişdirilməsiylə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilib.

Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Zülfüqar Sadiqov, Balakən Rayon Məhkəməsinin hakimi Zamin Tahirov Şəki Apellyasiya Məhkəməsinin hakimi təyin olunublar.

Şəki Apellyasiya Məhkəməsinin hakimi Mahir Əsədli Şirvan Apellyasiya Məhkəməsinin hakimi təyin ediləcək. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Aytən Novruzova vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin hakimi təyin olunub. Samir Mayılov da vəzifəsinin dəyişdirilməsiylə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin hakimi təyin edilib.

Həmçinin, Zamiq Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə hakim təyin edilib. O, 2021-ci ildən Babək Rayon Məhkəməsinin sədri vəzifəsində çalışıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Nazir: 2026-2028-ci illərdə neftin bir barelinin qiymətinin 65 dollar olacağı proqnozlaşdırılır

Azərbaycanın bank sektorunun iqlim dəyişikliyinə dair öhdəliyinin prioriteti açıqlanıb

Sabah yağış yağacaq, şimşək çaxacaq

Ölkədən gizli şəkildə 17 milyonluq metal çıxarıblar - DETALLAR

Bu ölkəyə satdığımız neftdən gəlirimiz 400 milyon dollara yaxın artıb - Rəqəmlər

Bu ölkəyə satdığımız neftdən gəlirimiz 400 milyon dollara yaxın artıb - Rəqəmlər

"Expressbank”ın mənfəəti azalıb, şirkətlər 31 milyon manatdan çox depoziti geri çəkib

Ali Məhkəmə evinin sökülməsinə görə vətəndaşa mənəvi təzminat ödənilməsinə qərar verdi

Aynur Qurbanlı nazirlikdə departament direktoru təyin edildi

"2025-ci ilin büdcəsi iqtisadi tərəqqi ilə sosial vəziyyəti tarazlaşdırır" - Spiker

Kirayə mənzil verənlərin nəzərinə: vergi ilə bağlı YENİLİK

Qarabağ və Şərqi Zəngəzura bu qədər vəsait ayrılacaq

Leysan olacaq, qar yağacaq - Xəbərdarlıq

Parlamentin komitə sədri: Gələn il minimum pensiyanın artırılması planlaşdırılır

Komitə sədri: "Valyuta ehtiyatlarımız xarici borcumuzu 14 dəfə üstələyir"

"Bakıda söküntü işlərinin aparılması sifarişçilərdən və iş adamlarından asılıdır"

Milli Məclisin plenar iclası başladı - Gələn ilin büdcəsi müzakirə olunacaq

“Ali & Nino”nun direktoru dəyişib

DİN biri 41 min manata 20 ədəd avtomobil alır

Azərbaycan və İtaliya şirkətləri arasında görüşlər keçirilib

Badımcanı Gürcüstana 34 qəpiyə, Ərəbistana 24 manata satırıq - ÖLKƏLƏR, QİYMƏTLƏR

Bakıda sərnişindaşımada YENİLİK: Elektrik mühərrikli avtobuslar xəttə buraxıldı

Azad edilmiş ərazilərin rezidentləri 9 ayda 3,7 milyon manat vergi verib

Bu ölkələrdən Azərbaycana ət məhsullarının gətirilməsi QADAĞAN OLUNUB

Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək - 182 min manat ayrıldı

Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək - 182 min manat ayrıldı

“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz®

Əli Əsədov Qərar imzaladı

Azərbaycanın MDB məkanında daha çox ticarət apardığı ölkələr - SİYAHI

Dağlıq rayonlarda 2 dərəcəyədək şaxta olub - FAKTİKİ HAVA

Bu gündən COP29 zolaqları qüvvədən düşüb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin