Xəbər
07.10.2024 / 16:35
Bu holdinqin yarım milyondan çox vergi borcu var - 5 dəfə cərimə olunub
56943
"Qara-Qum Holding" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) külli miqdarda vergi borcu üzə çıxıb.
Qanuni təmsilçisi Məmmədov Fuad Güləhməd oğlu olan MMC-nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Öhdəliklərin İdarə Edilməsi Baş İdarəsinə 548.203,59 manat vergi borcu var.
Şirkət barəsində operativ vergi nəzarəti üzrə - əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayyət olunması vəziyyəti haqqında AKT-a əsasən 4 dəfə 1000 manat, bir dəfə isə 715,73 manat maliyyə sanksiyası tətbiq edilib.
Xatırladaq ki, 2018-ci ilin avqust ayında Baş Prokuroluq tərəfindən "Qara-Qum Holdinq" MMC-nin rəhbəri Yasif Ağayevə cinayət işi açılmışdı.
Qaynarinfo
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay