Xəzər Universiteti ilə "Jl Studio" arasında nə baş verib?
Xəzər Universiteti "Jl Studio" şirkətini məhkəməyə verib.
Valyuta.az xəbər verir ki, universitetin iddiasına Bakı Kommersiya Məhkəməsində baxılacaq.
Kənan Hüseynov iş üzrə hakim təyin edilib.
Məhkəmə çəkişməsi müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələrlə bağlıdır.
Xəzər Universiteti Azərbaycanda fəaliyyət göstərən ilk ingilis dilli ali məktəbdir.
Universitet 1993-cü ildə Təhsil Nazirliyi yanında Dövlət Ali Ekspert Komissiyasının (DAEK) 9/1 saylı qərarı ilə özəl ali məktəb kimi qeydiyyatdan və ekspertizadan keçib.
Universitetin rektoru Hamlet İsaxanlıdır.
"Jl Studio" şirkəti 10 manatlıq nizamnamə kapitalı ilə yaradılıb. Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında şirkətin qeydiyyata alınması tarixi göstərilməyib. Şirkətin qanuni Əliyev Məhərrəm Fərhad oğludur.
Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi haqqında heç bir məlumata rast gəlinmir.
Hüseyn
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay