BAKU Azərbaycan
21.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8981
  • 1 Rusiya rublu
    0.0184
  • 1 Türkiyə lirəsi
    0.0497
  • 1 İngiltərə funt sterlinqi
    2.2757
56437

Xəbər verdiyimiz kimi, “Bakı Oksford Məktəbi”nin müsadirə olunan binası sentyabr ayının 26-da açıq hərraca çıxarılıb.

Yeniavaz.com xəbər verir ki, Bakı şəhəri, Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsi, 108 ünvanında yerləşən bina 3-cü dəfə təkrar hərraca çıxarılıb, lakin yenə satılmayıb.

Qeyd edək ki, bina ilk dəfə 29 iyul tarixində açıq hərraca çıxarılıb.

Məlumat üçün bildirək ki, ümumi sahəsi 18 min 972,2 kvadratmetr olan binanın ilkin start qiyməti 24 milyon 703 min manat olub. 27 avqust tarixində keçirilən 2-ci hərracda da binanın start qiyməti dəyişməz qalıb. Lakin 2-ci hərracda heç bir hüquqi və fiziki şəxs tərəfindən sifariş verilmədiyi üçün hərrac baş tutmayıb və bu səbəbdən bina sentyabr ayının 26-da 3-cü dəfə 10% endirimlə – 22 milyon 232 min 700 manata təkrar hərraca çıxarılıb.

Oktyabr ayının 28-də keçirilməsi nəzərdə tutulan 4-cü hərracda bina 25% endirimlə təkrar hərraca çıxarılacaq. Belə ki, 28 oktyabr tarixində baş tutan hərracda binanın start qiyməti 18 milyon 527 min 250 manat olacaq.

Onu da qeyd edək ki, “Bakı Oksford Məktəbi”nin binası hazırda həbsdə olan “Baku Steel Company” şirkətinin sabiq rəhbəri Rasim Məmmədova və yaxınlarına məxsus müsadirə olunan əmlaklardan biridir. “Bakı Oksford Məktəbi”nin Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsi 108 ünvanında yerləşən binasının sahiblərindən biri Rasim Məmmədovun həyat yoldaşı Mehriban Məmmədovadır.

Binanın 2-ci sahibi isə Prezident Aparatının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin qızı Kamilə Əliyevadır. Hər iki mülkiyyətçinin binadakı payı 50% təşkil edir. Kamilə Əliyeva eyni zamanda sabiq millət vəkili İlham Əliyevin həyat yoldaşıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Google" keçmiş işçisini geri qaytarmaq üçün 2,7 milyard dollar xərclədi

Rusiya neft və qaz hasilatını nəzərəçarpacaq dərəcədə azaldacaq

Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzi məhkəməyə verilib

İsveçrə iki ölkə ilə sərhədini dəyişir

Hakerlər telefonlara daxil olub bank hesablarından pulları çəkirlər

BMT-nin ukraynalı qaçqınlara kömək üçün pulu tükənib: Bu nə deməkdir?

Bazar ECB-nin İspaniya və Fransada inflyasiyanın yavaşlamasına reaksiyasını gözləyir

Serbiya "Qazprom"la müqaviləni uzatmaq istəyir

ABŞ və Aİ Rusiyanın aktivləri ilə bağlı razılığa gəlməyə yaxındır - Bloomberg

Mərkəzi Bank "Pera Tekstil"ə protkol yazdı

Lukaşenko süni intellektdən qorxduğunu etiraf etdi

Sabiq icra başçısının şirkəti 25 min CƏRİMƏLƏNİR

Mehdiyevin qızına məxsus bina yenə satılmadı - Qiyməti 6 milyon endirilib

Mehdiyevin qızına məxsus bina yenə satılmadı - Qiyməti 6 milyon endirilib

"Şərurlu İsfəndiyar"ın şirkəti məhkəmə qarşısında

Yaxında gümüş qiymət artımında qızılı ötəcək - Ekspert proqnoz verdi

"Azinterexpo" ilə agentlik arasında nə baş verib?

Rusiya qaz tədarükünün bir hissəsini Avropadan cənuba və Çinə yönləndirdi

Rusiya bankları 30 min hesabı dondurdu - Səbəb

Alqı-satqı müqaviləsi iki şirkəti üz-üzə gətirdi

"Meta" parolları etibarlı saxlamadığına görə 91 milyon avro cərimələndi

Bəzi deputatlara xidməti avtomobillər veriləcək

Sabahdan 5 marşrutun hərəkət istiqaməti dəyişir

MİDA Sumqayıt və Lənkəranda güzəştli mənzilləri satışa çıxaracaq

İşə bərpa üçün şirkəti məhkəməyə verdilər

Nazirlərin oktyabr ayı üçün vətəndaş qəbulu CƏDVƏLİ

Nazirlərin oktyabr ayı üçün vətəndaş qəbulu CƏDVƏLİ

Çin səhmləri rekord həddə yüksəldi

“Azəristiliktəchizat”a dövlət tərəfindən kapital qoyuluşunun həcmi 5%-ə yaxın artırılıb

İş müsahibəsində stress və utancaqlığı aradan qaldırmağın yolları

"Qala Həyat” rəqiblərindən geri qalır - Yığımları azalmaqda davam edir

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin