BAKU Azərbaycan
21.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8981
  • 1 Rusiya rublu
    0.0184
  • 1 Türkiyə lirəsi
    0.0497
  • 1 İngiltərə funt sterlinqi
    2.2757
56431

Beyləqanın sabiq icra başçısı Asif Ağayevin adı ilə bağlı olan "İnşaat Servis-2” MMC-nin direktoru Aslanov Vüqar Məzahir oğlu barəsində külli miqdarda cərimə pratokolu tərtib edilib. 

Valyuta.az-ın məlumatına görə, V.Aslanov barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə protokol irəli sürülüb.

İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər 1000-2000 manatadək məbləğdə, vəzifəli şəxslər 3000-5000 manatadək məbləğdə, hüquqi şəxslər 20000 -25000 manatadək məbləğdə cərimə edilir.

İş Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Vüsal Tağıyevin icraatındadır. 

Qeyd edək ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında "İnşaat Servis-2” MMC 31 avqust 2009-cu ildə qeydiyyata alındığı göstərilir. Şirkətin nizamnamə kapitalı 50 AZN-dir. Hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, ev 40A, mənzil 17-də yerləşən MMC-nin qanuni təmsilçisi Aslanov Vüqar Məzahir oğludur. 

Araşdırma zamanı isə bəlli olub ki, 2020-ci ildə şirkət Beyləqan Rayon İcra Hakimiyyətindən 2 617 124.52 AZN dəyərində müxtəlif sifarişlər alıb. Şirkət Asif Ağayevin qeyri-rəsmi rəhbərliyi ilə idarə olunduğu iddia olunur. 

Xatırladaq ki, Asif Ağayev Beyləqan Rayon İcra Hakimiyyətinin sabiq başçısı, Şamaxı Rayon İcra Hakimiyyətinin sabiq başçısı olub. 06 iyun 2024-cü il tarixli Sərəncamı ilə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Sadiq İsbəndərli

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Google" keçmiş işçisini geri qaytarmaq üçün 2,7 milyard dollar xərclədi

Rusiya neft və qaz hasilatını nəzərəçarpacaq dərəcədə azaldacaq

Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzi məhkəməyə verilib

İsveçrə iki ölkə ilə sərhədini dəyişir

Hakerlər telefonlara daxil olub bank hesablarından pulları çəkirlər

BMT-nin ukraynalı qaçqınlara kömək üçün pulu tükənib: Bu nə deməkdir?

Bazar ECB-nin İspaniya və Fransada inflyasiyanın yavaşlamasına reaksiyasını gözləyir

Serbiya "Qazprom"la müqaviləni uzatmaq istəyir

ABŞ və Aİ Rusiyanın aktivləri ilə bağlı razılığa gəlməyə yaxındır - Bloomberg

Mərkəzi Bank "Pera Tekstil"ə protkol yazdı

Lukaşenko süni intellektdən qorxduğunu etiraf etdi

Sabiq icra başçısının şirkəti 25 min CƏRİMƏLƏNİR

Mehdiyevin qızına məxsus bina yenə satılmadı - Qiyməti 6 milyon endirilib

Mehdiyevin qızına məxsus bina yenə satılmadı - Qiyməti 6 milyon endirilib

"Şərurlu İsfəndiyar"ın şirkəti məhkəmə qarşısında

Yaxında gümüş qiymət artımında qızılı ötəcək - Ekspert proqnoz verdi

"Azinterexpo" ilə agentlik arasında nə baş verib?

Rusiya qaz tədarükünün bir hissəsini Avropadan cənuba və Çinə yönləndirdi

Rusiya bankları 30 min hesabı dondurdu - Səbəb

Alqı-satqı müqaviləsi iki şirkəti üz-üzə gətirdi

"Meta" parolları etibarlı saxlamadığına görə 91 milyon avro cərimələndi

Bəzi deputatlara xidməti avtomobillər veriləcək

Sabahdan 5 marşrutun hərəkət istiqaməti dəyişir

MİDA Sumqayıt və Lənkəranda güzəştli mənzilləri satışa çıxaracaq

İşə bərpa üçün şirkəti məhkəməyə verdilər

Nazirlərin oktyabr ayı üçün vətəndaş qəbulu CƏDVƏLİ

Nazirlərin oktyabr ayı üçün vətəndaş qəbulu CƏDVƏLİ

Çin səhmləri rekord həddə yüksəldi

“Azəristiliktəchizat”a dövlət tərəfindən kapital qoyuluşunun həcmi 5%-ə yaxın artırılıb

İş müsahibəsində stress və utancaqlığı aradan qaldırmağın yolları

"Qala Həyat” rəqiblərindən geri qalır - Yığımları azalmaqda davam edir

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin