BAKU Azərbaycan
11.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
56314

Etibarnamə ilə nəqliyyat vasitəsinin bir şəxsdən digərinə dövr edilməsi hallarında müxtəlif anlaşılmazlıqların yaşandığı ortaya çıxıb.

Belə ki, Vüsal Nəcəfov (ad-soyad şərtidir - red.) adlı sosial media istifadəçisi paylaşım edərək bildirib ki, etibarnamə ilə maşınını barter etdiyi şəxs onun icazəsi olmadan nəqliyyat vasitəsini banka girov qoyub:

"Etibarnamə ilə maşınımı iş yoldaşımla barter etmişdik. Etibarnamə ilə sürürdük. Lakin iş yoldaşım mənim adıma olan maşını banka qoyaraq pul götürüb. Maşın isə mənim mülkiyyətimdən çıxıb. İndi öz mülkiyyətində olan maşındakı etibarnaməni ləğv edib, məndən pul istəyir".

Maraqlıdır, etibarnamə ilə bir şəxsdən digərinə barter edilən maşın pul qarşılığında banka girov qoyula bilərmi?

Mövzu ilə bağlı Oxu.Az-a danışan bank məsələləri üzrə ekspert Əkrəm Həsənov bildirib ki, etibarnamədə şəxsin maşına aid istənilən əqdi həyata keçirə biləcəyi qeyd olunduqda həmin avtomobili banka pul qarşılığında girov qoya bilər:

"Vətəndaşların çoxu etibarnamənin mənasının nə olduğunu anlamır. Problemlər də məhz buradan qaynaqlanır. Etibarnamə verərkən orada yazılanlara diqqət etmək lazımdır. Əgər etibarnamə ilə avtomobilə dair bütün səlahiyyət qarşı tərəfə verilibsə, şəxs maşını banka qoyub, pul götürə bilər. Lakin buna baxmayaraq, avtomobili girov qoyan şəxs maşının öz sahibinə nəqliyyat vasitəsinin dəyərini qarşılayacaq məbləğdə pul verməlidir. Vermədikdə avtomobilin əsl sahibi məhkəmə qaydasında pulunu tələb edə bilər".

Ekspert bildirib ki, bank yalnız bir halda etibarnamə əsasında maşını girov olaraq götürə bilməz:

"Əgər etibarnaməni verən şəxs evlidirsə, maşın banka girov olaraq qoyula bilməz. Bu zaman bank mütləq etibarnaməni verən vətəndaşın həyat yoldaşından razılıq almalıdır. Maşına dair bütün səlahiyyət etibarnamə ilə qarşı tərəfə verilsə də, üçüncü şəxsin iştirakı olmadan maşın pul müqabilində girov qoyula bilməz. Belə halda şəxs etibarnamə ilə dövr aldığı nəqliyyat vasitəsi barəsində öz xeyrinə əqd bağlaya bilməz".

Hüquqşünas Pərviz Hacıyev Oxu.Az-a açıqlamasında deyib ki, baş etibarnamə ilə dövr edilən maşının banka qoyulması qanunsuz əməl deyil:

"Etibarnamənin biri maşın sürmək üçün verilir. Digəri isə baş etibarnamədir ki, bu da qarşı tərəfə nəqliyyat vasitəsini özününküləşdirəcək, üzərində müxtəlif sərəncamlar icra edə biləcək hərəkətlər etməyə səlahiyyət verir. Belə olan halda şəxs maşını banka qoyub pul götürə bilər. Bu zaman bank heç bir məsuliyyət daşımır. Əvvəllər insanlar hətta maşın satışını baş etibarnamə ilə gerçəkləşdirirdilər. Sonralar artıq məlumatlandılar, gördülər ki, baş etibarnamə hələ maşın satışı demək deyil. Maşını satan şəxs boşandıqda nəqliyyat vasitəsi mübahisə predmetinə çevrilir".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Az Varvara" məhkəmə qarşısında

Trampın nəhəng enerji layihələri - "The Reuters"

"Azəristiliktəchizat" ilə icra hakimiyyəti arasında nə baş verib?

10 kentilyon dollar dəyərində asteroid: Dünyadakı hər kəsi milyarder edə bilər

Kənd təsərrüfatı məhsullarının dəyəri 11 milyard manatı keçib

Sabah bu ərazilərdə qaz olmayacaq

Şifrəsi unudulan iPhone-u necə koddan çıxarmaq olar?

Şirkət bu il 15-ci tenderini udub - 1,8 milyonluq yeni müqavilə

Şirkət bu il 15-ci tenderini udub - 1,8 milyonluq yeni müqavilə

Günəş panelləri gömrük rüsumundan azad olunur - Bu sahə necə inkişaf edəcək? (ŞƏRH)

Britaniya hakimiyyəti "Barclays"i 40 milyon funt-sterlinq cərimələdi

İcbari Tibbi Sığorta Fondunun gələnilki büdcəsi 3 milyard manat olacaq

Azərbaycanda hər ay 1 000-dən çox iş yeri bağlanır - 65% işçi ixtisar olunur

Deputat “20 Yanvar”dakı mağazaların aqibətindən danışdı

Sənədsiz evlərlə bağlı yeni açıqlama

“Samsung"un prezidenti üçün 5 illik həbs tələbi - Təfərrüatlar

Pambıq lifi satışından gəlirimiz 60 milyon dollardan çox artıb - Rəqəmlər

"Apple" 15 cihazın istehsal və satışını dayandırdı - SİYAHI

"Apple" 15 cihazın istehsal və satışını dayandırdı - SİYAHI

Azərbaycanda gələn il dövlət investisiya hesabına 169 yeni layihə maliyyələşdiriləcək

Fərdi sahibkar FHN-nin yarım milyonluq tenderinin qalibi seçilib

Nazirlərin dekabr ayında keçiriləcək vətəndaş qəbulu cədvəli açıqlanıb

Prezident Gövhər Baxşəliyeva ilə bağlı sərəncam imzaladı

​“Banklarda əmanətlərin məbləği tarixi rekord göstəricidir”

Hesablama Palatası: Büdcənin cari və əsaslı xərcləri optimallaşdırılmalıdır

Nazir: 2026-2028-ci illərdə neftin bir barelinin qiymətinin 65 dollar olacağı proqnozlaşdırılır

Azərbaycanın bank sektorunun iqlim dəyişikliyinə dair öhdəliyinin prioriteti açıqlanıb

Sabah yağış yağacaq, şimşək çaxacaq

Ölkədən gizli şəkildə 17 milyonluq metal çıxarıblar - DETALLAR

Bu ölkəyə satdığımız neftdən gəlirimiz 400 milyon dollara yaxın artıb - Rəqəmlər

Bu ölkəyə satdığımız neftdən gəlirimiz 400 milyon dollara yaxın artıb - Rəqəmlər

"Expressbank”ın mənfəəti azalıb, şirkətlər 31 milyon manatdan çox depoziti geri çəkib

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin