BAKU Azərbaycan
11.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
56288

Son 50 ildə iqlim dəyişikliyi və ekoloji tarazlığın pozulması səbəbindən dünya miqyasında yoxsulluq, işsizlik və ərzaq təhlükəsizliyi problemləri kimi tendensiyalar ön plana keçib.

Valyuta.az xəbər verir ki, bunu Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) təşkilatçılığı ilə sentyabrın 26-da Bakıda "İqlim dəyişmələri və ədalətli keçid: həmkarlar ittifaqlarının rolu və fəaliyyəti" mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

O bildirib ki, bunun bir səbəbi də maddi nemətlər istehsalı və əhali artımı prosesləri arasındakı qeyri-mütənasib artım templəridir: "Məsələn, hazırda dünya əhalisinin 8 milyard nəfəri ötməsi, yaxın 15-20 ilə 9 milyard nəfərə çatacağı proqnozlaşdırılır, iqlim dəyişikliyi səbəbindən əkinə yararlı torpaq sahələrinin azalması, quraqlığın artması müşahidə olunur. Su qıtlığı səbəbindən səhralaşma prosesinin güclənməsi, ekoloji tarazlığın pozulması təbii fəlakət risklərinin artmasına və dünyada ərzaq təhlükəsizliyi probleminin daha da kəskinləşməsinə səbəb ola bilər".

Natiqin sözlərinə görə, bu səbəbdən dünyanın qabaqcıl ölkələri "yaşıl iqtisadiyyat"a keçidlə bağlı ciddi məsuliyyət və öhdəliklərlə çıxış edirlər: "Yaşıl iqtisadiyyat"a keçid isə əhalinin məşğulluq məsələlərinə, mövcud iş yerlərinin qorunmasına, iş yerlərində "yaşıl keçid"in əmək prosesində ədalətli həyata keçirilməsinə ehtiyac yaradır. Bu ilin noyabrında Bakıda keçiriləcək əhəmiyyətli COP29 tədbirində bu məsələlərin hər biri geniş şəkildə müzakirə ediləcək və Azərbaycanda özəl sektorun, işəgötürənlərin təmsilçisi kimi Azərbaycan Sahibkarlar Konfederasiyası Beynəlxalq Əmək Təşkilatı və Beynəlxalq İşəgötürənlər Təşkilatı ilə birlikdə bu mövzuda geniş müzakirələrdə aktiv iştirak edəcək. Hədəflənən "yaşıl iqtisadiyyat"a səmərəli keçid üçün özəl sektorun dəstəklənməsi, bu sahədə bacarıqların inkişafı və iqtisadiyyatın şaxələndirilməsi siyasətləri kimi çağırışlar da diqqət mərkəzində olacaq".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Nvidia"daha bir yenilik - "Fugatto"

"Az Varvara" məhkəmə qarşısında

Trampın nəhəng enerji layihələri - "The Reuters"

"Azəristiliktəchizat" ilə icra hakimiyyəti arasında nə baş verib?

10 kentilyon dollar dəyərində asteroid: Dünyadakı hər kəsi milyarder edə bilər

Kənd təsərrüfatı məhsullarının dəyəri 11 milyard manatı keçib

Sabah bu ərazilərdə qaz olmayacaq

Şifrəsi unudulan iPhone-u necə koddan çıxarmaq olar?

Şirkət bu il 15-ci tenderini udub - 1,8 milyonluq yeni müqavilə

Şirkət bu il 15-ci tenderini udub - 1,8 milyonluq yeni müqavilə

Günəş panelləri gömrük rüsumundan azad olunur - Bu sahə necə inkişaf edəcək? (ŞƏRH)

Britaniya hakimiyyəti "Barclays"i 40 milyon funt-sterlinq cərimələdi

İcbari Tibbi Sığorta Fondunun gələnilki büdcəsi 3 milyard manat olacaq

Azərbaycanda hər ay 1 000-dən çox iş yeri bağlanır - 65% işçi ixtisar olunur

Deputat “20 Yanvar”dakı mağazaların aqibətindən danışdı

Sənədsiz evlərlə bağlı yeni açıqlama

“Samsung"un prezidenti üçün 5 illik həbs tələbi - Təfərrüatlar

Pambıq lifi satışından gəlirimiz 60 milyon dollardan çox artıb - Rəqəmlər

"Apple" 15 cihazın istehsal və satışını dayandırdı - SİYAHI

"Apple" 15 cihazın istehsal və satışını dayandırdı - SİYAHI

Azərbaycanda gələn il dövlət investisiya hesabına 169 yeni layihə maliyyələşdiriləcək

Fərdi sahibkar FHN-nin yarım milyonluq tenderinin qalibi seçilib

Nazirlərin dekabr ayında keçiriləcək vətəndaş qəbulu cədvəli açıqlanıb

Prezident Gövhər Baxşəliyeva ilə bağlı sərəncam imzaladı

​“Banklarda əmanətlərin məbləği tarixi rekord göstəricidir”

Hesablama Palatası: Büdcənin cari və əsaslı xərcləri optimallaşdırılmalıdır

Nazir: 2026-2028-ci illərdə neftin bir barelinin qiymətinin 65 dollar olacağı proqnozlaşdırılır

Azərbaycanın bank sektorunun iqlim dəyişikliyinə dair öhdəliyinin prioriteti açıqlanıb

Sabah yağış yağacaq, şimşək çaxacaq

Ölkədən gizli şəkildə 17 milyonluq metal çıxarıblar - DETALLAR

Bu ölkəyə satdığımız neftdən gəlirimiz 400 milyon dollara yaxın artıb - Rəqəmlər

Bu ölkəyə satdığımız neftdən gəlirimiz 400 milyon dollara yaxın artıb - Rəqəmlər

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin