"Abc-Telecom" cərimələndi
"Abc-Telecom" Məhdud Məsuliyyətli Cəmiyyəti cərimə protokolu yazılıb.
Valyuta.az-ın məlumatına görə, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 444.2-ci (satılmış malların dəyişdirilməsi və ya geri qaytarılması qaydalarının pozulması) maddəsi ilə inzibati protokol tərtib olunub.
İşə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Hafiz Kamranovun icraatındadır.
Protokol təsdiq olunarsa, şirkət altı yüz manatdan doqquz yüz manatadək məbləğdə cərimə ediləbilər.
Qeyd edək ki, Azərbaycanda məişət texnikası, mobil telefonlar və elektronika məhsullarının satışını həyata keçirən “Kontakt Home” mağazalar şəbəkəsinin hüquqi adı “ABC Telecom” MMC-dir. "ABC-Telecom”mağazalar şəbəkəsinin baş direktoru, qanuni təmsilçisi Həsən İsrafilzadədir.
Sadiq İsbəndərli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay