BAKU Azərbaycan
11.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
56226

Azərbaycanda yüksək vəzifəli şəxslərlə bağlı informasiyalar həmişə böyük maraq doğurub. Onların vəfatı isə cəmiyyətdə böyük təəccüblə qarşılanıb. Ölkəmizdə ömrünün bir hissəsini dövlətə xidmətə həsr edən və vəzifə başında dünyasını dəyişən məmurlar da az deyil.

İqtisadiyyat.az vəzifə başında dünyasını dəyişən yüksək çinli məmurlarla bağlı material hazırlayıb.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə məxsus İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin sədri Köçərli Həsənov 2024-cü ilin sentyabrın 24-də vəfat edib. Ürəyindən əməliyyat olunmuş sədr Türkiyənin İstanbul şəhərində müayinə olunduğu Memorial Şişli xəstəxanasında 63 yaşında dünyasını dəyişib.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə 2023-cü ilin oktyabrında 93 yaşında dünyasını dəyişib. 1992–1994-cü illərdə "Azərineft" Dövlət Konserninin birinci vitse-prezidenti, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) prezidentinin müşaviri, 1994–2004-cü illərdə ARDNŞ-nin geologiya, geofizika və yataqların işlənməsi üzrə vitse-prezidenti, 2004-cü ildən geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidenti, 2016-cı ildən isə vəfat edənə qədər SOCAR-ın birinci vitse-prezidenti olub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri Mahmud Nəbiyev 2022-ci ilin dekabrında vəfat edib. 65 yaşlı sədr ürək tutmasından dünyasını dəyişib. M.Nəbiyev 2000-ci ildən vəfat edənə qədər sözügedən məhkəmənin sədri vəzifəsində çalışıb.

Maliyyə nazirinin birinci müavini İlqar Fəti-zadə 2022-ci ilin aprelində uzun sürən xəstəlikdən sonra 66 yaşında dünyasını dəyişib. O, 1999-cu ildən vəfat edənə qədər maliyyə nazirinin birinci müavini vəzifəsində çalışıb.

Fövqəladə hallar nazirinin müavini, daxili xidmət general-leytenantı Nazim Məmmədov 2022-ci ilin avqustunda vəfat edib. 71 yaşında dünyasını dəyişən N.Məmmədov 2018-ci ildən vəfat edənədək nazir müavini vəzifəsində çalışıb. 2007-ci ilin dekabrından isə Dövlət Gömrük Komitəsinin sədr müavini vəzifəsində işləyib, gömrük xidməti general-leytenantı olub.

Gənclər və idman naziri Azad Rəhimov 2021-ci ilin aprelində ABŞ-da müalicə olunduğu xəstəxanada ağır xəstəlikdən vəfat edib. 56 yaşında dünyasını dəyişən nazir 2006-cı ildən vəfat edənə qədər Gənclər və İdman Nazirliyinə rəhbərlik edib.

Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalov 2018-ci ilin iyununda İsraildə müalicə aldığı xəstəxanada vəfat edib. 68 yaşında dünyasını dəyişən Y.Camalov 2006-cı ildən vəfat edənə qədər müdafiə sənayesi naziri olub.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov 2018-ci ilin fevralında 81 yaşında dünyasını dəyişib. O, 2007-ci ildən vəfat edənədək sədr vəzifəsində çalışıb.

Səhiyyə nazirinin müavini Abbas Vəlibəyov 2018-ci ilin aprelində 71 yaşında vəfat edib. O, 1999-cu ildən dünyasını dəyişənə qədər səhiyyə nazirinin müavini - Azərbaycanın Baş Dövlət Sanitar Həkimi vəzifəsində çalışıb.

Energetika naziri Natiq Əliyev 2017-ci ilin iyununda Türkiyənin İstanbul şəhərində müalicə olunduğu xəstəxanada ömrünün 69-cu ilində vəfat edib. O, 2013-cü ildən dünyasını dəyişənə qədər energetika naziri vəzifəsində işləyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Vitraj "Tiffany" pəncərəsi hərracda rekord qiymətə satıldı

B.Britaniyadan Rusiyanın şirkət və tankerlərinə sanksiyalar - Detallar

DGK deputata məxsus olduğu deyilən şirkəti inzibati məsuliyyətə cəlb edib

"MicroStrategy"nin "Bitcoin" ehtiyatı 21 milyard $-ı ötdü

"MicroStrategy"nin "Bitcoin" ehtiyatı 21 milyard $-ı ötdü

İstanbulda 70 kilo qızılla tutulan hərbi attaşe barəsində - Qərar

"Macy's"in III rüb hesabatı gecikdi: 154 milyon dollarlıq yeyinti

"Avropa 19 Group" Bakı Baş Gömrük İdarəsini məhkəməyə verdi

"Nvidia"dan daha bir yenilik - "Fugatto"

"Az Varvara" məhkəmə qarşısında

Trampın nəhəng enerji layihələri - "The Reuters"

"Azəristiliktəchizat" ilə icra hakimiyyəti arasında nə baş verib?

10 kentilyon dollar dəyərində asteroid: Dünyadakı hər kəsi milyarder edə bilər

Kənd təsərrüfatı məhsullarının dəyəri 11 milyard manatı keçib

Sabah bu ərazilərdə qaz olmayacaq

Şifrəsi unudulan iPhone-u necə koddan çıxarmaq olar?

Şirkət bu il 15-ci tenderini udub - 1,8 milyonluq yeni müqavilə

Şirkət bu il 15-ci tenderini udub - 1,8 milyonluq yeni müqavilə

Günəş panelləri gömrük rüsumundan azad olunur - Bu sahə necə inkişaf edəcək? (ŞƏRH)

Britaniya hakimiyyəti "Barclays"i 40 milyon funt-sterlinq cərimələdi

İcbari Tibbi Sığorta Fondunun gələnilki büdcəsi 3 milyard manat olacaq

Azərbaycanda hər ay 1 000-dən çox iş yeri bağlanır - 65% işçi ixtisar olunur

Deputat “20 Yanvar”dakı mağazaların aqibətindən danışdı

Sənədsiz evlərlə bağlı yeni açıqlama

“Samsung"un prezidenti üçün 5 illik həbs tələbi - Təfərrüatlar

Pambıq lifi satışından gəlirimiz 60 milyon dollardan çox artıb - Rəqəmlər

"Apple" 15 cihazın istehsal və satışını dayandırdı - SİYAHI

"Apple" 15 cihazın istehsal və satışını dayandırdı - SİYAHI

Azərbaycanda gələn il dövlət investisiya hesabına 169 yeni layihə maliyyələşdiriləcək

Fərdi sahibkar FHN-nin yarım milyonluq tenderinin qalibi seçilib

Nazirlərin dekabr ayında keçiriləcək vətəndaş qəbulu cədvəli açıqlanıb

Prezident Gövhər Baxşəliyeva ilə bağlı sərəncam imzaladı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin