Anar Bayramov Müşahidə Şurasının sədri oldu
"SAT Group” şirkətinin həmtəsisçisi Anar Bayramova yeni vəzifə verilib.
Valyuta.az-ın xəbərinə görə, Anar Bayramov “Supertoys” MMC-nin Müşahidə Şurasının sədri təyin edilib.
Qeyd edək ki, A.Bayramov 1985-ci ildə İsmayıllı şəhərində anadan olub. İqtisad Universitetində bakalavr və magistr təhsili alıb. 2019-2021-ci illərdə isə Frankfurt Universitetində ikinci dəfə magistr dərəcəsi alıb. 22 yaşından rəhbər vəzifələrdə çalışıb. 33 yaşında “Modern Group of Companies” şirkətlər qrupunun CEO-su olaraq çalışıb. Daha sonra “Azgranata” şirkətinin CEO-su və İdarə Heyətinin Sədri olub. Star Group şirkətlər qrupunun CEO-su kimi fəaliyyət göstərib.
O, 4 biznes kitabının - “İdarəetmə dəyər yaratmaq işidir”, “Biznes İdarəçiliyi”, “Biznes nə istəyir?” və “Biznes və Menecmentin Əsasları” müəllifidir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay