Dünyanın ən bahalı 10 yaxtası - Qızıl işləmələr, raketdən müdafiə sistemləri və s.
Dəniz həvəskarlarının dəbdəbə və əzəmətin zirvəsinə çatmaq istəyi bütün dünyada unikal dizaynı olan yaxtaların yarışına çevrilir. Göz oxşayan texnoloji xüsusiyyətləri, zərif dizaynları və dəbdəbəli interyerləri ilə seçilən yaxtalar sadəcə dəniz gəmisi olmaqdan əlavə, zənginlik və prestij simvolu olub. Dünyadakı dəniz həvəskarlarının arzusu olan bu gəmilər arasında varlı insanların səxavətlə sərmayə qoyduğu və göz qamaşdıran qiymət etiketləri daşıyan yaxtaları da var.
Valyuta.az dünyanın ən bahalı 10 super yaxtasını təqdim edir:
1. “History Supreme” – 4,8 milyard dollar
Malayziyalı sahibinin istəyi ilə qızılla örtülmüş gövdə ilə istehsal edilən, istehsalında platin və bir çox daş-qaşdan istifadə edilən “History Supreme” 4,8 milyard dollarlıq qiymətlə dünyanın ən bahalı yaxtası ünvanını daşıyır. Uzunluğu 30 metr olan yaxta olduqca kiçik olsa da, ingilis dizayner Hughes Stuartın üç il ərzində tamamladığı “History Supreme”də qızıldan gövdəyə, göyərtədən lövbərə qədər hər yerdə istifadə olunub. Yaxtada 68 kiloqramlıq 24 karatlıq qızıldan hazırlanmış panoramik divar akvariumu və dünyada nadir rast gəlinən 18,5 karatlıq brilyantdan hazırlanmış içki şüşəsi də var. Əsas kabinə divarları meteor qayalarından ibarət olan “History Supreme”in T-Rex sümüklərindən tikilmiş heykəli də var.
2. “Eclipse” – 1,5 milyard dollar
Uzunluğu 163,5 metr olan “Eclipse” 180 metrlik “Azzam”dan sonra dünyanın ən uzun yaxtası adını daşıyır. 70 ekipaj üzvünün çalışdığı yaxtada iki 16 metrlik hovuz, bir neçə cakuzi, iki helikopter meydançası, diskoteka zalı və hətta raketdən müdafiə sistemi var. “Eclipse”in bədəni zirehlə örtülüb və pəncərələri güllə keçirməzdir. Bundan əlavə, bu nəhəng yaxtada sahibini narahat etməmək üçün paparazilərin foto çəkməsinə mane olan lazer sistemi də var.
3. “Azzam” – 650 milyon dollar
Lürssen Gəmiqayırma Zavodu tərəfindən 2013-cü ildə suya salınan “Azzam” altı il keçməsinə baxmayaraq, ən bahalı yaxtalar siyahısındakı yerini hələ də qoruyur. 180 metr uzunluğu ilə dünyanın ən böyük qayığı adını hələ də qoruyan “Azzam” ən bahalı gəmilər siyahısında üçüncü yerdədir. Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Xəlifə bin Zayed Əl Nəhyana məxsus “Azzam”ın interyeri gizli saxlanılsa da, imperiya üslubunun üstünlük təşkil etdiyi qulaqdan-qulağa pışıldanır. Belə böyük bir gövdə üçün rekord olan 30 düyün sürətinə çatan “Azza”m həm də, mümkün hücumlara qarşı özünün xüsusi raketdən müdafiə sisteminə malikdir. “Azzam”ın bir il ərzində dənizlərdə üzməsinin dəyərinin 60 milyon dollara çatdığı da bildirilir.
4. “Rising Sun” – 590 milyon dollar
138 metr uzunluğundakı bu motorlu yaxta 2004-cü ildə Almaniyanın Lürssen Gəmiqayırma Zavodunda nəhəng texnologiya şirkəti “Oracle”ın baş direktoru Larri Ellison üçün tikilib və daha sonra 2010-cu ildə amerikalı iş adamı David Geffenə satılıb. “Rising Sun” “Amazon”un CEO-su Jeff Bezosu sevgilisi ilə Datça çimərliklərində və Barak Obamadan Leonardo di Kaprioya qədər bir çox məşhur adı qonaq edib. Basketbol meydançası olan “Rising Sun”da 18 qonaq və 55 ekipaj üzvü yerləşə bilər. 8 min kvadratmetr yaşayış sahəsi və beş göyərtədə 82 kabinəsi olan yaxta 28 knot sürətə çatır.
5. “A+” – 527 milyon dollar
2012-ci ildə ərəb sahibi üçün “Topaz” adı ilə suya buraxılan 147 metr uzunluğundakı super yaxta 2019-cu ildə “A+” adını alıb. Səkkiz göyərtəli super yaxtada iki helikopter meydançası, cakuzi, idman zalı və 62 nəfərlik kinoteatr zalı var. O, 26 qonaq kabinəsi və 79 nəfərlik ekipajı qəbul edə bilər. Mərtəbələr arası nəqliyyat liftlə təmin edilir. İnteryerləri çimərlik evi atmosferində dizayn edilən “A+”ın eksteryer dizaynı Tim Heyvuda məxsusdur.
6. “Y 721” – 500 milyon dollar
Dünyanın ən varlı adamları siyahısında yer alan Ceff Bezosun yeni yelkənli yaxtası “Y 721” adlanır. Dutch Oceanco tərəfindən istehsal olunan bu yelkənli qayıq 127 metr uzunluğu ilə dünyanın ikinci ən böyük yelkənli qayığı oldu. Yaxta ilə bağlı təfərrüatlar hələ də məxfi saxlanılır, lakin sızan məlumatlar arasında onun arxa tərəfində nəhəng üzgüçülük hovuzunun olması və 18 qonaq və 40 nəfərlik ekipajı qəbul edə bilməsi də var. “Y 721”in nəhəng gövdəsini hərəkətə gətirən mühərrik və sürücü sistemi hələ tam açıqlanmasa da, onun ekoloji cəhətdən təmiz olması üçün elektrik mühərriklərinə sahib olduğu bildirilir. Superyaxtanın hər üç dirəyi öz ətrafında 360 dərəcə fırlanmaq və küləkdən ən səmərəli şəkildə istifadə etmək üçün “Dynrig” sistemi ilə təchiz olunub.
7. “Luna” - 500 milyon dollar
2010-cu ildə buraxılan “Luna” dünyanın ikinci ən böyük kəşfiyyat yaxtasıdır. İlk sahibi məşhur rusiyalı iş adamı Roman Abramoviç olan 115 metr uzunluğundakı yaxta 6 ildən sonra əl dəyişdirib və 50 milyon avroya bərpa olunub. Köhnə rəngi yetərincə cəlbedici görməyən yeni sahibinin istəyi ilə onun gövdəsi “Luna mavisi” adlı çox xüsusi rəngə boyanıb. 80 nəfər tərəfindən həyata keçirilən rəngləmə işləri 8 ay çəkib. Əsas diqqəti açıq məkanlara yönəldən “Luna”nın arxa göyərtəsində həmin dövrün ən böyüyü olan nəhəng hovuz var. Əsas kabinəsinin damı şüşə ilə örtülmüş “Luna”da lift, spa, helikopter meydançası, idman zalı və rəqs meydançası da var.
8. “Motor Yacht A” – 400 milyon dollar
45 yaşında 13 milyard dollar sərvətə çatan rusiyalı iş adamı Andrey Melniçenkonun futuristik dizaynı olan “Motor Yacht A” son dərəcə müasir, lakin maraqlı dizayna malikdir. 119 metr uzunluğundakı yaxtada yeddi kabin var. Yelkənli qayıq kimi də istifadə oluna bilən yaxtada 100 metr uzunluğunda üç dirək, göyərtələr arasında lift, bir sualtı qayıq, iki 11 metr uzunluğunda köməkçi qayıq, biri şüşə döşəmə olmaqla üç hovuz var. Snoop Dogg və Lenny Kravitz kimi məşhur adların çıxış etdiyi diskoteka mövcuddur.
9. “Dubai” – 400 milyon dollar
Dubay əmiri Mohammed Bin Rashid Al Maktouma məxsus “Dubai” “Azzam” və “Eclipse”dən sonra dünyanın üçüncü ən böyük yaxtasıdır. 162 metr uzunluğunda olan qayıq Blohm+Voss Gəmiqayırma Zavodunda inşa edilib. “Dubai”nin interyerləri də sirr olaraq saxlanılır, lakin mozaika ilə örtülmüş hovuz və dekorasiyada istifadə olunan əl işi keramika interyerin möhtəşəmliyi haqqında ipucu verir. İddialara görə, “Dubai” saatda 2 300 dollar yanacaq sərf edir və çəni 500 min dollara doldurulur. Kapitanın maaşı 22 min dollar, aşpazın maaşı isə 11 min dollardır. 50 nəfərlik ekipajın aylıq xərcləri 100 min dollardan çoxdur.
10. “Serene” – 330 milyon dollar
İtalyannı Fincantieri zavodu tərəfindən 2011-ci ildə Rusiyanın ən zəngin adamlarından biri olan Yuri Şefler üçün inşa edilən “Serene” 134 metr uzunluğu ilə dünyanın ən böyük yaxtalarından biridir. Yaxtanın hazırkı sahibi ərəb milyarder Məhəmməd bin Salmandır. İlk istehsal edildiyi zaman dünyanın ən böyük 10 super yaxtası arasında ön sıralarda olan “Seren”e bu gün siyahıdan ən geridə qalıb. İnteryer dizaynı Reymond Langton Design, eksteryer dizaynı isə məşhur Espen Oeino olan “Serene” 15 kabinədə 24 qonaq qəbul edə bilir, ekipaj sayı isə 52 nəfərdir. Yaxtada bir vertolyot anqarı, iki helikopter meydançası var. Sualtı qaraj, kinozal, qapalı hovuz, cakuzi və iki dalğa hovuzu var.
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay