“Kontakt Home” məhkəməyə verilib
“Kontakt Home” əmtəə nişanı altında fəaliyyət göstərən “ABC-Telecom” MMC məhkəməyə verilib.
Valyuta.az-ın məlumatına görə, Şirinova Hürzad Yusif qızı şirkət barəsində məhkəməyə şikayət edib.
H.Şirinova məhkəmədə “Kontakt Home” barəsində “Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın və Mənəvi zərərin ödənilməsi” üzrə iddia qaldırıb.
İş Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Ramin Xəlilovun icraatındadır.
Qeyd edək ki, Azərbaycanda məişət texnikası, mobil telefonlar və elektronika məhsullarının satışını həyata keçirən “Kontakt Home” mağazalar şəbəkəsinin hüquqi adı “ABC Telecom” MMC-dir. "ABC-Telecom”mağazalar şəbəkəsinin baş direktoru, qanuni təmsilçisi Həsən İsrafilzadədir.
Sadiq İsbəndərli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay