SMS vasitəsilə olunan dələduzluqdan necə qorunaq?
Sözügedən dələduzluq növü saxta SMS-mesaj göndərərək qurbanı aldatmaqdan, istifadəçini transaksiyaya görə vəsait əldə etdiyinə və onun həyata keçirildiyinə inandırmaqdan ibarətdir.
Valyuta.az xəbər verir ki, dələduzlar mesajı bankdan və ya rəqəmsal pul kisəsi üçün tətbiqdən gələn həqiqi bildiriş kimi göstərə bilərlər. Bu, istifadəçiləri aldada bilər, belə ki, onlar düşünə bilərlər ki, onların bank hesablarına həqiqətən pul daxil olub. Nəticədə bu, sifarişlərin ləğvinə səbəb ola bilər.
Bəs Sms vasitəsilə dələduzluqdan necə qorunaq?
Həmişə hər hansı bir transaksiyanı həyata keçirməzdən əvvəl bankda və ya elektron pul kisəsində ödənişə dair təsdiqi yoxlamaq lazımdır (iki dəfə yoxlamaq tövsiyə olunur). Ehtiyatla davranmaq, eləcə də ödənişə dair məlumatı yalnız SMS bildirişi ilə deyil, birbaşa şəxsi bankda və ya elektron pul kisəsində yoxlamaq lazımdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay