Elnur Məmmədliyə yeni vəzifə verildi
Gənclər və İdman Nazirliyi yanında İctimai Şuranın növbəti iclasında Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli İctimai Şuraya sədr təyin olunub.
Valyuta.az xəbər verir ki, bundan başqa, Dünya Azərbaycanlıları Gənclər Təşkilatının sədri Ramin Həbibzadə sədr müavini, Gənclərin Maarifləndirilməsinə Dəstək İB-in sədri Aynurə Salmanlı isə Şuranın katibi seçilib.
İclasın növbəti mərhələsində Şuranın reqlamenti və təsis edilməsi planlaşdırılan komitələrin əsasnamələri müzakirəyə çıxarılıb, həmçinin cari ay ərzində həyata keçirilməsi nəzərdə tutulan fəaliyyətlər Şura üzvlərinin qərarı ilə yekdilliklə təsdiqlənib.
İctimai Şuranın iclası başa çatdıqdan sonra Şura üzvləri Gənclər Təşkilatının Resurs Mərkəzinin iş prinsipi, həmçinin Resurs Mərkəzində fəaliyyət göstərən bir sıra gənclər təşkilatlarının, o cümlədən Gənclər Təşkilatları Milli Şurasının komandaları ilə tanış olublar.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay