BAKU Azərbaycan
10.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
55577

İşçilərin 50 faizi iş yerindəki vəzifələrindən başqa işlə məşğuldur. 

Valyuta.az xəbər verir ki, bununla bağlı sorğunu tanınmış türk iqtisadi sayt keçirib. 

Sorğu iştirakçılarının 37 faizi demək olar ki, hər gün iş təsvirindən kənar işlə məşğul olduqlarını bildirib.

Sorğu 2 min 452 nəfər arasında aparılıb və iştirakçılara “işdə işinizdən kənar işlə məşğul olursunuz?" sualına həmin şəxslərin 50 faizi “bəli” cavabını verib.

Eyni suala işçilərin 29 faizi “bəzən”, 20 faizi isə “xeyr” cavabını verib. Vəzifədənkənar işlə məşğul olma nisbəti qadınlarda 54 faiz, kişilərdə isə 46 faiz olub.

Sorğunun “iş yükünüzdən kənar işlə nə qədər tez-tez məşğul olursunuz?” sualına iştirakçıların 37 faizi “demək olar ki, hər gün”, 25 faizi isə “həftədə bir neçə dəfə” cavabını verib. Eyni sualda “ayda bir neçə dəfə” cavab verənlərin nisbəti 11 faiz, “çox nadir hallarda” cavabının faizi isə 27 faiz təşkil edib.

Sorğunun nəticələrinə görə, işçilərin 51 faizi başqa şöbəyə dəstək vermək üçün cari vəzifələrindən kənar işləyir. Bundan əlavə, işçilər tərəfindən ən çox görülən vəzifədənkənar işlərə 20 faiz təmizlik və işlərin təşkili, 15 faiz fayl və sənədləşmə işləri, 14 faiz inzibati işlər daxildir.

Kişilərin 59 faizi başqa şöbəyə dəstək verdiyini, qadınların isə 43 faizi bu vəziyyətlə qarşılaşdıqlarını bildirir. Qadın işçilər arasında təmizlik və təşkilati işlərin səviyyəsi 27 faiz olduğu halda, kişilərdə bu göstərici 13 faizdir.

Sorğunun nəticələri həmçinin öz iş təsvirləri xaricində olan işlərin işçilərə təsirini ortaya qoyur. İşçilərin yüzdə 28-i iş yükünün artması və stress səviyyələrinin artması kimi mənfi təsirlər yaşadıqlarını ifadə edərkən, yüzdə 27-si bu vəziyyətin yeni şeylər öyrənmək və fərqli təcrübələr əldə etmək imkanı verdiyini qeyd edir. İştirakçıların 7 faizi motivasiyasının mənfi təsirləndiyini bildirsə də, 10 faizi bu vəziyyətin onlara heç bir təsirinin olmadığını bildirib.

İşçilərə iş təsvirləri xaricində iş görməkdən razı olub-olmadıqları soruşulduqda, yüzdə 45-i bu vəziyyətin onlara fərqli bir təcrübə təqdim etdiyini və məmnun olduqlarını bildirib. Lakin 38 faiz bu vəziyyətin onların diqqətlərini əsas işlərinə yönəltmələrini çətinləşdirdiyini bildirir. 17 faiz isə qərarsız olduğunu deyir.

Gender bölgüsünə baxıldığında kişi işçilərin yüzdə 47-si iş təsvirləri xaricində iş görməkdən məmnun olduqlarını, yüzdə 38-i isə bu vəziyyətin onların əsas işlərinə fokuslanmasını çətinləşdirdiyini bildirib. 15 faiz isə qərarsız olduğunu deyir. Qadın işçilərin 42 faizi əlavə iş görmək vəziyyətini alqışlasa da, 39 faizi əsas işlərinə fokuslanmaqda çətinlik çəkdiyini bildirib. Qadınların 19 faizi qərarsız olduğunu deyir.

Sorğunun nəticələrini qiymətləndirənlər isə qeyd edib ki, yüzdə 50-yə qədər olan iş təsviri xaricində fərqli işlərin görülməsinin nəticəsi şirkətlərin işçi seçimlərini də ortaya qoyur. Şirkətlər artıq vəzifə daşıyan işçiləri işə götürməyə çalışırlar. Rəqəmsallaşma nəticəsində bir çox iş bu gün daha qısa müddətdə tamamlana bilər. Bu səbəbdən qalan müddətdə işçilərin şirkətin digər ehtiyaclarını qarşılaması gözlənilir. Çox yönlülük, şirkətin müxtəlif ehtiyaclarına həll yolları təqdim etmək və eyni zamanda bir neçə işi yerinə yetirmək kimi xüsusiyyətlər önə çıxır.

Davud

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

2025-ci ildə dolları nə gözləyir?

Almaniya üzərində "buludlar qalınlaşır": Trampın siyasəti ixracatçıları vuracaq

Eurostat: Rusiyanın Aİ-yə LNG idxalının dəyəri üç il ərzində 150% artıb

Ali Məhkəmə qərar verdi: Malayziya DİN "Swatch Pride "saatlarını qanunsuz müsadirə edib

"UniCredit"dən İtalyan rəqibinə 10 milyardlıq təklif

Vitraj "Tiffany" pəncərəsi hərracda rekord qiymətə satıldı

B.Britaniyadan Rusiyanın şirkət və tankerlərinə sanksiyalar - Detallar

DGK deputata məxsus olduğu deyilən şirkəti inzibati məsuliyyətə cəlb edib

"MicroStrategy"nin "Bitcoin" ehtiyatı 21 milyard $-ı ötdü

"MicroStrategy"nin "Bitcoin" ehtiyatı 21 milyard $-ı ötdü

İstanbulda 70 kilo qızılla tutulan hərbi attaşe barəsində - Qərar

"Macy's"in III rüb hesabatı gecikdi: 154 milyon dollarlıq yeyinti

"Avropa 19 Group" Bakı Baş Gömrük İdarəsini məhkəməyə verdi

"Nvidia"dan daha bir yenilik - "Fugatto"

"Az Varvara" məhkəmə qarşısında

Trampın nəhəng enerji layihələri - "The Reuters"

"Azəristiliktəchizat" ilə icra hakimiyyəti arasında nə baş verib?

10 kentilyon dollar dəyərində asteroid: Dünyadakı hər kəsi milyarder edə bilər

Kənd təsərrüfatı məhsullarının dəyəri 11 milyard manatı keçib

Sabah bu ərazilərdə qaz olmayacaq

Şifrəsi unudulan iPhone-u necə koddan çıxarmaq olar?

Şirkət bu il 15-ci tenderini udub - 1,8 milyonluq yeni müqavilə

Şirkət bu il 15-ci tenderini udub - 1,8 milyonluq yeni müqavilə

Günəş panelləri gömrük rüsumundan azad olunur - Bu sahə necə inkişaf edəcək? (ŞƏRH)

Britaniya hakimiyyəti "Barclays"i 40 milyon funt-sterlinq cərimələdi

İcbari Tibbi Sığorta Fondunun gələnilki büdcəsi 3 milyard manat olacaq

Azərbaycanda hər ay 1 000-dən çox iş yeri bağlanır - 65% işçi ixtisar olunur

Deputat “20 Yanvar”dakı mağazaların aqibətindən danışdı

Sənədsiz evlərlə bağlı yeni açıqlama

“Samsung"un prezidenti üçün 5 illik həbs tələbi - Təfərrüatlar

Pambıq lifi satışından gəlirimiz 60 milyon dollardan çox artıb - Rəqəmlər

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin