Bu gün “Formula 1” Azərbaycan Qran-prisi başlayır
Bu gün Bakıda səkkizinci “Formula 1” üzrə Azərbaycan Qran-prisi start götürür.
Valyuta.az xəbər verir ki, ilk gündə iki sərbəst yürüşün keçirilməsi nəzərdə tutulur.
Həmçinin, “Formula 2”də sınaq yürüşü ilə yanaşı, sıralama turunun keçirilməsi gözlənilir.
20 döngə, 51 dövrədən ibarət olan Bakı treki ümumilikdə 306,049 km məsafəni əhatə edir. Paytaxtdakı ilk yarış Avropa Qran-prisi kimi 2016-cı ildə baş tutub. Sonrakı yeddi turnir Azərbaycan Qran-prisi adlanıb.
Azərbaycan Qran-prisinə qədər “Red Bull”un niderlandlı pilotu Maks Ferstappen 303 xalla liderdir. “McLaren”dən Lando Norris 241 xalla ikinci, “Ferrari”dən Şarl Lekler 217 xalla üçüncü yeri tutur. Konstruktorlar kubokunda “Red Bull” 446 xalla xalla birinci, “McLaren” 438 xalla ikinci, “Ferrari” 407 xalla üçüncüdür.
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 15-də başa çatacaq.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay