"SAS Medical" məhkəmə qarşısında
"SAS Medical" şirkəti barəsində inzibati iş başlanıb.
Valyuta.az xəbər verir ki, şirkət İnzibati Xətalar Məcəlləsinin 483-cü (Xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda (20 000 manatdək) xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması) maddəsi ilə ittiham edilir.
İş baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib.
483-cü maddəyə görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir.
"SAS Medical" şirkəti 2017-ci ildən fəaliyyət göstərir. Şirkət USM ultrasound cihazlarının satışı, icarəsi və təmiri ilə məşğuldur.
Hüseyn
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay