"Kredit Evi" Mərkəzi Bankın tələblərini pozdu - 50 min manat cərimə edildi
Azərbaycan Mərkəzi Bankı (AMB) "Kredit Evi" ASC-ni və onun vəzifəli şəxsini cərimələyib.
Valyuta.az bu barədə AMB-yə istinadən xəbər verir. Məlumata görə, Mərkəzi Bank lombard şirkətində tematik yoxlama aparılıb. Məlum olub ki, ASC cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərini pozub.
İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci, 598.1.2-ci və 598.4-cü maddələrinə əsasən lombard fəaliyyəti ilə məşğul olan "Kredit Evi" ASC və onun vəzifəli şəxsi Bakı şəhəri Nərimanov rayon məhkəməsi tərəfindən müvafiq olaraq 50 min manat və 10 min manat məbləğində cərimə edilib.
Qeyd edək ki, sözügedən maddələrə əsasən "Kredit Evi" müştəri uyğunluğu tədbirlərinə, məlumat və sənədlərin saxlanılmasına və üçüncü şəxslərə güvənməyə dair tələblərə riayət etməyib və daxili nəzarət proqramını tətbiq etməyib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay