Xəbər
10.09.2024 / 17:32
Atmosfer havasını çirkləndirən şirkət məhkəmə qarşısında
55336
"UNION STEEL COMPANY" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində inzibati protokol yazılıb.
Valyuta.az-ın məlumatına görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 234.0.1-ci (Müvafiq icra hakimiyyəti orqanının xüsusi icazəsi olmadan atmosfer havasına zərərli maddələrin atılmasına görə fiziki şəxslər üç yüz manatdan yeddi yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.
İş Şirvan Şəhər Məhkəməsinin hakimi Aydan Məmmədlinin icraatındadır.
Sadiq İsbəndərli
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay