BAKU Azərbaycan
10.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
55262

Prezident Aparatının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin qızı Kamilə Əliyeva dövlət qurumlarına qarşı məhkəmə iddiası qaldırıb.

Yeniavaz.com xəbər verir ki, məhkəmə iddiası Bakı Apellyasiya Məhkəməsinin hakimi Günay Axundovanın icraatına verilib.

Kamilə Əliyevanın barəsində iddia qaldırdığı dövlət qurumları arasında - Ədliyyə Nazirliyi, Əmlak Məsələləri Dövlət Xidməti, Səbail rayon İcra şöbəsi, Hərracların Təşkili üzrə Auksion Mərkəzi, “Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri” Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərzai İdarəsi yer alır.

Məlumat üçün bildirək ki, Kamilə Əliyevanın dövlət qurumlarından məhkəməyə şikayət etməsinin səbəbi  “Bakı Oksford Məktəbi”nin müsadirə olunan və hərraca çıxarılan binası ilə bağlıdır.

Bakı şəhəri, Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsi, 108 ünvanında yerləşən və ümumi sahəsi 18 min 972,2 kvadratmetr olan bu binanın 2 sahibi olub. Onlardan biri hazırda həbsdə olan “Baku Steel Company” şirkətinin sabiq rəhbəri Rasim Məmmədovun həyat yoldaşı Mehriban Məmmədova, digəri isə Ramiz Mehdiyevin qızı, eyni zamanda sabiq millət vəkili İlham Əliyevin həyat yoldaşı olan Kamilə Əliyevadır. Hər iki mülkiyyətçinin binadakı payı 50% təşkil edir.

Hərraca çıxarılan bina Rasim Məmmədova və yaxınlarına məxsus müsadirə olunan əmlaklardan biridir. Kamilə Əliyevə isə məhkəməyə müraciət edərək ona məxsus olan payın geri verilməsini tələb edir.

Onu da qeyd edək ki, “Bakı Oksford Məktəbi”nin müsadirə olunan binası artıq 2 dəfə hərraca çıxarılıb. Bina ilk dəfə 29 iyul tarixində açıq hərraca çıxarılıb və ilkin start qiyməti 24 milyon 703 min manat olub. 27 avqust tarixində keçirilən 2-ci hərracda da binanın start qiyməti dəyişməz qalıb. 

Lakin 2-ci hərracda heç bir hüquqi və fiziki şəxs tərəfindən sifariş verilmədiyi üçün hərrac baş tutmayıb və bu səbəbdən bina sentyabr ayının 26-da 3-cü dəfə 10% endirimlə təkrar hərraca çıxarılacaq. 26 sentyabr tarixində baş tutacaq hərracda binanın start qiyməti 22 milyon 232 min 700 manat olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

2025-ci ildə dolları nə gözləyir?

Almaniya üzərində "buludlar qalınlaşır": Trampın siyasəti ixracatçıları vuracaq

Eurostat: Rusiyanın Aİ-yə LNG idxalının dəyəri üç il ərzində 150% artıb

Ali Məhkəmə qərar verdi: Malayziya DİN "Swatch Pride "saatlarını qanunsuz müsadirə edib

"UniCredit"dən İtalyan rəqibinə 10 milyardlıq təklif

Vitraj "Tiffany" pəncərəsi hərracda rekord qiymətə satıldı

B.Britaniyadan Rusiyanın şirkət və tankerlərinə sanksiyalar - Detallar

DGK deputata məxsus olduğu deyilən şirkəti inzibati məsuliyyətə cəlb edib

"MicroStrategy"nin "Bitcoin" ehtiyatı 21 milyard $-ı ötdü

"MicroStrategy"nin "Bitcoin" ehtiyatı 21 milyard $-ı ötdü

İstanbulda 70 kilo qızılla tutulan hərbi attaşe barəsində - Qərar

"Macy's"in III rüb hesabatı gecikdi: 154 milyon dollarlıq yeyinti

"Avropa 19 Group" Bakı Baş Gömrük İdarəsini məhkəməyə verdi

"Nvidia"dan daha bir yenilik - "Fugatto"

"Az Varvara" məhkəmə qarşısında

Trampın nəhəng enerji layihələri - "The Reuters"

"Azəristiliktəchizat" ilə icra hakimiyyəti arasında nə baş verib?

10 kentilyon dollar dəyərində asteroid: Dünyadakı hər kəsi milyarder edə bilər

Kənd təsərrüfatı məhsullarının dəyəri 11 milyard manatı keçib

Sabah bu ərazilərdə qaz olmayacaq

Şifrəsi unudulan iPhone-u necə koddan çıxarmaq olar?

Şirkət bu il 15-ci tenderini udub - 1,8 milyonluq yeni müqavilə

Şirkət bu il 15-ci tenderini udub - 1,8 milyonluq yeni müqavilə

Günəş panelləri gömrük rüsumundan azad olunur - Bu sahə necə inkişaf edəcək? (ŞƏRH)

Britaniya hakimiyyəti "Barclays"i 40 milyon funt-sterlinq cərimələdi

İcbari Tibbi Sığorta Fondunun gələnilki büdcəsi 3 milyard manat olacaq

Azərbaycanda hər ay 1 000-dən çox iş yeri bağlanır - 65% işçi ixtisar olunur

Deputat “20 Yanvar”dakı mağazaların aqibətindən danışdı

Sənədsiz evlərlə bağlı yeni açıqlama

“Samsung"un prezidenti üçün 5 illik həbs tələbi - Təfərrüatlar

Pambıq lifi satışından gəlirimiz 60 milyon dollardan çox artıb - Rəqəmlər

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin