Nərimanovda yerləşən məşhur restoran cərimələnib - Məbləğ
Nərimanov rayonunda yerləşən məşhur “Alibaba Nargile” restoranı cərimələnib.
Valyuta.az-ın məlumatına görə, restoran rəhbərliyi barəsində İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci (müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.
“Alibaba Nargile” adlı obyektin üzərində icazə alınmadan reklam yerləşdirilib.
Obyekt rəhbərliyi barəsində Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsi tərəfindən cərimə protokolu tərtib edilib.
Məhkəmənin qərarı ilə, “Alibaba Nargile” Restoranın rəhbərliyi İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1500 manat məbləğində cərimə edilib.
Sadiq İsbəndərli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay