BAKU Azərbaycan
10.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
54998

Sentyabrın 1-i Milli Məclisə növbədənkənar parlament seçkiləri keçirilib. Parlament seçkilərində 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparıb. İlkin nəticələrə uyğun olaraq dairələr üzrə lider namizədlər müəyyənləşib.

VI çağırışda deputat seçilən 121 nəfərdən 89-u yenidən mandat qazanıb. 2020-ci ildə seçilən 3 deputat vəfat edib, 3 nəfər vəzifəyə təyin edilib, 1-i isə həbs edilib. Vəzifəyə təyin edilənlərdən Şahin Seyidzadə isə sentyabrın 1-də keçirilən seçkilərdə yenidən deputat seçilib.

Beləliklə, VI çağırış Milli Məclisin 26 deputatı mandatsız qalıb.

Valyuta.az-ın məlumatına görə, sabiq deputatlardan bəzilərinə iş tapana qədər bir il müddətində müavinət veriləcək.

Belə ki, Milli Məclisinin “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanuna əsasən, səlahiyyət müddəti qurtardıqdan sonra sabiq deputat işə düzələnədək 1 il müddətində hər ay deputatın aylıq vəzifə maaşının 80 faizi məbləğində qanunvericiliklə müəyyənləşdirilmiş qaydada müavinət alır. 
 
Bundan başqa, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında deputat mandatından məhrum edilmiş və Milli Məclisin iclaslarında üzürsüz səbəbdən iştirak etmədiyinə görə deputat səlahiyyətlərini itirmiş deputatlar istisna olmaqla, deputatın, sabiq deputatın və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.
 
Beləliklə, sözügedən müddəaya əsasən, aşağıdakı şəxslər iş tapana qədər 1 il müddətinə müavinət ala biləcəklər:

- Vasif Talıbov
- Cəbi Quliyev
- Elnur Allahverdiyev
- Əliabbas Salahzadə
- Etibar Əliyev
- Emin Hacıyev
- İltizam Yusifov
- Jalə Əhmədova
- Rüfət Quliyev
- İqbal Məmmədov
- Cavid Osmanov
- Elşad Mirbəşiroğlu
- Nizami Cəfərov
- Kamilə Əliyeva
- Mahir Abbaszadə
- Aqil Məmmədov

Qeyd edək ki, Milli Məclisin VI çağırışının namizəd olmayan 9 üzvü deputat pensiyası alacaqlar:

- İsa Həbibbəyli - 74 yaş
- Sədaqət Vəliyeva - 70 yaş
- Oktay Əsədov - 69 yaş
- Vahid Əhmədov - 76 yaş
- Fəzail Ağamalı - 76 yaş
- Sabir Rüstəmxanlı - 78 yaş
- Tahir Kərimli - 68 yaş
- Aqiyə Naxçıvanlı - 66 yaş
- Bəxtiyar Sadıqov - 72 yaş

© Modern.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Tehran və Moskvanın dollarla vidalaşması

2025-ci ildə dolları nə gözləyir?

Almaniya üzərində "buludlar qalınlaşır": Trampın siyasəti ixracatçıları vuracaq

Eurostat: Rusiyanın Aİ-yə LNG idxalının dəyəri üç il ərzində 150% artıb

Ali Məhkəmə qərar verdi: Malayziya DİN "Swatch Pride "saatlarını qanunsuz müsadirə edib

"UniCredit"dən İtalyan rəqibinə 10 milyardlıq təklif

Vitraj "Tiffany" pəncərəsi hərracda rekord qiymətə satıldı

B.Britaniyadan Rusiyanın şirkət və tankerlərinə sanksiyalar - Detallar

DGK deputata məxsus olduğu deyilən şirkəti inzibati məsuliyyətə cəlb edib

"MicroStrategy"nin "Bitcoin" ehtiyatı 21 milyard $-ı ötdü

"MicroStrategy"nin "Bitcoin" ehtiyatı 21 milyard $-ı ötdü

İstanbulda 70 kilo qızılla tutulan hərbi attaşe barəsində - Qərar

"Macy's"in III rüb hesabatı gecikdi: 154 milyon dollarlıq yeyinti

"Avropa 19 Group" Bakı Baş Gömrük İdarəsini məhkəməyə verdi

"Nvidia"dan daha bir yenilik - "Fugatto"

"Az Varvara" məhkəmə qarşısında

Trampın nəhəng enerji layihələri - "The Reuters"

"Azəristiliktəchizat" ilə icra hakimiyyəti arasında nə baş verib?

10 kentilyon dollar dəyərində asteroid: Dünyadakı hər kəsi milyarder edə bilər

Kənd təsərrüfatı məhsullarının dəyəri 11 milyard manatı keçib

Sabah bu ərazilərdə qaz olmayacaq

Şifrəsi unudulan iPhone-u necə koddan çıxarmaq olar?

Şirkət bu il 15-ci tenderini udub - 1,8 milyonluq yeni müqavilə

Şirkət bu il 15-ci tenderini udub - 1,8 milyonluq yeni müqavilə

Günəş panelləri gömrük rüsumundan azad olunur - Bu sahə necə inkişaf edəcək? (ŞƏRH)

Britaniya hakimiyyəti "Barclays"i 40 milyon funt-sterlinq cərimələdi

İcbari Tibbi Sığorta Fondunun gələnilki büdcəsi 3 milyard manat olacaq

Azərbaycanda hər ay 1 000-dən çox iş yeri bağlanır - 65% işçi ixtisar olunur

Deputat “20 Yanvar”dakı mağazaların aqibətindən danışdı

Sənədsiz evlərlə bağlı yeni açıqlama

“Samsung"un prezidenti üçün 5 illik həbs tələbi - Təfərrüatlar

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin