Xəbər
30.08.2024 / 16:47
Bu prospektdə "manatlıq" taksilərin fəaliyyəti dayandırılıb
54715
Bakının Tbilisi prospektində, üzü 20 Yanvar istiqamətində "manatlıq" taksilərin fəaliyyəti dayandırılıb.
Buna səbəb həmin ərazidə avtobus zolağının salınmasıdır.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis baş leytenantı Rüstəm Əhmədli "Report"un sorğusuna cavab olaraq bildirib ki, sözügedən ərazidə avtobus zolaqlarının salınması ilə nəqliyyatın hərəkətinə maneə törədən avtomobillərin hərəkəti dayandırılıb:
"Ərazidə artıq avtobus zolaqları salınıb. Taksilərin ərazidə duraraq nəqliyyatın hərəkətinə maneə törətmə halları aradan qaldırılıb".
© Report
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay