“İxtisasından asılı olmayaraq bütün tələbələr bu sahələri öyrənməlidir”
Yeni tələbə olanlar karyeralarının başlanğıcında hesab olunurlar. Onların karyeralarını davam etdirməsində tələbəlik illərinin rolu böyükdür. Uğurlu karyera qurmaq üçün tələbəlik illərini necə keçirmək lazımdır? Tələbələr daha çox nələrə diqqət etməli, daha çox nələrə vaxt ayırmalıdırlar?
Valyuta.az-a danışan təhsil eksperti Qoşqar Məhərrəmov deyir ki, tələbəlik həyatında tələbələrin ən çox diqqət etməli olduğu məsələlərdən biri sosial çevrə seçimidir:
“Sosial mühit tələbələrin həm davranışlarına, həm də akademik nəticələrinə birbaşa təsir edir. İnsanlar ətrafındakı insanların ortalamasıdır. Buna görə də, düzgün dost, mühit seçimi tələbə üçün çox vacibdir. Digər məsələ odur ki, tələbələr universitet dərsləri ilə kifayətlənməməlidirlər. İngilis dili və ya informasiya kommunikasiya texnologiyalarını ixtisasından asılı olmayaraq bütün tələbələr öyrənməlidir. Mümkün qədər qısa zamanda onların əllərində ingilis dili sertifikatı (İELTS, TOEFL) olmalıdır”.
Ekspert bildirdi ki, tələbələr bununla yanaşı ixtisaslarının praktiki tərəfləri ilə əlaqədar müəyyən işlər görməlidir:
“Təhsil alacaqları ixtisasda davam etmək istəyirlərsə, onunla əlaqəli könüllü layihələrdə iştirak etməli, təcrübə proqramlarına qoşulmalıdırlar. Bunlara əlavə olaraq tələbənin asudə vaxtını necə keçirməsini də deyərdim. Bu zamanlarda tələbə idman fəaliyyətinə diqqət etməlidir. Onların fiziki sağlamlığı həm də günlük qida rasionundan asılıdır. Buna görə də onların sağlam qidalanması vacibdir”.
“Bu dörd məsələni yerinə yetirdikdə tələbə hədəflərinə doğru addımlaya biləcək. Əgər tələbə görsə ki, bakalavr ixtisasını sevə bilmir, o zaman hansı sahəyə yönəlmək istəyirsə o sahə ilə bağlı müəyyən addımlar atmalıdır. Bilməlidir ki, bakalavr ixtisası sadəcə bir mərhələdir və magistratura ixtisasını tamam bir sahədə oxuyacaq. Hansı sahədə fəaliyyətini davam etdirmək istəyirsə, o sahədə müəyyən proqramlara qoşulmalıdır” – deyə Q.Məhərrəmov qeyd etdi.
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay