Dövlət xidməti bu şirkəti cərimələdi, iş məhkəməlik oldu
Dövlət Əmək Müfəttişliyi Xidməti ilə "HZR Group" şirkəti arasında qalmaqal yaranıb.
Valyuta.az xəbər verir ki, qalmaqala səbəb qurumun şirkəti cərimələsidir.
Dövlət xidməti "HZR Group"a İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə cərimə yazıb.
Bu maddədə inzibati cəza növü kimi fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulur.
"HZR Group" qurumun qərarından məhkəməyə şikayət verib.
Şikayətə Nərimanov Rayon Məhkəməsində baxılacaq.
Hüseyn
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay