BAKU Azərbaycan
11.03°C
  • USD
    1.7
  • EUR
    1.7814
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1415
54409

Orta məktəblərdə dərslərin başlamasına az qalıb. Artıq əksər valideynlər məktəbli ləvazimatlarını almağa başlayıblar. Hazırda məktəbli çantalarının əksəriyyətinin qiyməti 35-180 manat arasındadır.

Türkiyə və Azərbaycanda istehsal olan dəftərlərin qiyməti isə 30 qəpik və 1 manat 70 qəpik civarındadır. Rusiya istehsalı olan dəftərlərin qiyməti isə bundan 20 qəpik bahadır. Gündəliklərin qiyməti 1 manat 70 qəpikdən başlayır və 4 manatadək artır, lüğət dəftərləri isə 1 manat 60 qəpik ilə 2 manat arasında satılır.

Bu il qiymətlərdə ötən ilkinə nisbətən bahalaşma müşahidə olunur. Bəs qiymət artımı nə ilə bağlıdır?

Bu barədə iqtisadçı ekspert Xalid Kərimli Redaktor.az-a açıqlamasında bildirdi ki, dəftər, çanta və sairin qiyməti idxaldan asılıdır:

"İdxal olunmuş məhsulların qiyməti artdığına görə sahibkar onu baha satır. Burada dövlətin tənzimləmə alətləri yoxdur. Nə Tarif Şurası bu qiymətləri tənzimləyə bilər, - heç bu, doğru da deyil, çünki bazar iqtisadiyyatıdır, - nə də burada böyük bir monopoliyadan danışmaq olmaz. Ona görə ki, çoxlu oyunçular var, həmçinin vətəndaşların özü də xaricdən məhsullar gətirə bilir, onlayn ticarət mövcuddur. Belə ki, burada inhisarçılıq yoxdur. Bazar bunu tənzimləyir, idxal qiymətləri artır, idxal da inflyasiyaya gətirib çıxarır".

Ekspertin sözlərinə görə, digər tərəfdən verginin şəffaflaşması prosesi gedir:

"Vergi qiymətin içinə daxil olur. Ümumi şəkildə vergi prosesi tədricən gedir, amma sahibkarların öz xərclərinin hamısını satdığı məhsulun üzərinə qoymağa haqqı var. Nəzərə alsaq ki, qələmyonan və sair xaricdən idxal olunur, ya da onların idxal elementi var, yəni Azərbaycanın resursları super zəngin deyil ki, hamısını özü istehsal edə. Dəyər zəncirinin əhəmiyyətli hissəsi xaricdən gətirilir, burada qablaşdırma və sair ilə məşğuldurlar. Azərbaycan hətta özü xaric etsə belə, qiymətlər xaricdəkinə uyğundur. Bundan əlavə, idxal məhsulu bahalaşanda yerli istehsalçı da baha qiymətə satır". 

Xalid Kərimli qeyd etdi ki, bazar proseslərinin nəticəsində vətəndaşın əlindən başqa bir şey gəlmir. 15 sentyabr ərəfəsi isə tələbat çox olduğuna üçün qiymətlər bir az da artır. Qiymətə həssas vətəndaşlar alış-verişi sentyabrın 10-dək həll etməlidirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Sığorta şirkətlərinin yığımları üzrə renkinqi - Yanvar-oktyabr, 2024

Prezident Sərəncam imzaladı

“Ölən şəxsin pensiya vəsaiti ailəsinə verilməlidir”

20 Yanvar dairəsindən Sumqayıta müntəzəm marşrut xətti açılacaq?

Nazir rəisi işdən çıxardı - Polkovnik-leytenanta vəzifə verdi

Dünyanın ən bahalı avtomobil QƏZASI: 13,4 milyon manat

Milyonlarla pulu ölkəyə qaytarmayanlar saxlanılıb - Adlar

Könüllü sığorta üzrə ödənişlər 150 milyon manata yaxın artıb

Yağış yağacaq, şimşək çaxacaq

Sahibləri “Expressbank”dan nə qədər qazanır?

Sahibləri “Expressbank”dan nə qədər qazanır?

Dəyəri 5 000 manata qədər məhsulların ixracı gömrük ödənişlərindən azad olunacaq

"Təşviqlər hesabına İKT sektorunda maaş fondu 40% artıb"

Ləzə kəndində turizm infrastrukturu yaradılacaq - Agentlik 1,1 milyon manat ayırdı

Bakıda bir neçə marşrut xətləri üzrə elektrobuslar fəaliyyətə başlayıb

Assosiasiya BOKT-lər üçün nizamnamə kapitalı tələbinin artırılmasına münasibət bildirib

Bu şəxslərin maaşlarının artırılması təklif olunur

Azərbaycanda bankların faiz xərclərinin həcmi açıqlanıb - SİYAHI

Xaricdən nəqliyyat vasitələri alışına çəkdiyimiz xərc 300 milyon dollara yaxın azalıb

"Azpulmat" və "Manato"ya borcu olanlara şad xəbər - Qaydalar dəyişdi

Bu şirkət 10 ayda 20 tender udub - Siyahı

Bakı merinin müavinləri yoxdur - 4 yüksək posta təyinat ola bilər

Banklar nə qədər əməliyyat gəliri əldə edib? - Cədvəl

Ali Məhkəmə: Kredit mübahisələrində bankın hesabdan çıxarışı və maliyyə arayışı mötəbər sübut sayılmır

BOKT-lar üçün nizamnamə kapitalı tələbi 3 dəfədən çox artırıldı

Mingəçevir su anbarında ZƏLZƏLƏ OLDU

Konsultasiya şirkətləri biznesə necə dəstək olur?

Azərbaycan bu ölkəyə əncirin bir kiloqramını 34 manata satır - Cədvəl

Azərbaycan bu ölkəyə əncirin bir kiloqramını 34 manata satır - Cədvəl

Yüksək dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Milli Məclisdə yeni təyinat

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin