Xəbər
26.08.2024 / 20:42
"Azsığorta"dövlət qurumunu məhkəməyə verdi
54382
"Azsığorta" Açıq Səhmdar Cəmiyyəti (ASC) İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətini məhkəməyə verib.
Valyuta.az xəbər verir ki, şirkətin iddiasına Bakı Kommersiya Məhkəməsində baxılacaq.
Günay Namazova iş üzrə hakim təyin edilib.
Məhkəmə çəkişməsinin səbəbi barədə açıq mənbələrdə heç bir məlumat yoxdur.
"Azsığorta” ASC-nin səhmlərinin 100 faizi Hikmət Abuzərova məxsusdur. Hikmət Abuzərov həm də "AFB Bank”ın səhmlərinin 99 faizinə sahibdir.
Mediada gedən məlumatlara görə, Hikmət Abuzərov fövqəladə hallar naziri Kəmaləddin Heydərovun bacanağıdır.
Hüseyn
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay