Bu ölkə avqust ayında 1,1 milyon barel neft ixrac edib
Avqust ayında Rusiya neft emalı zavodları neft ixracını il ərzində rekord həddə çatdırıb.
Valyuta.az xəbər verir ki, bu barədə "Kommersant" nəşri yazıb.
Kpler analitik şirkətinin məlumatlarına istinad edən nəşrin yazdığına görə, Rusiya mazutunun əsas idxalçıları Çin, Hindistan və Səudiyyə Ərəbistanı olub.
Belə ki, avqust ayının ilk 23 günündə Rusiya sutkada 1,1 milyon barel - iyul göstəricilərindən 200 min ton çox neft ixrac edib.
Tədarüklərin təxminən yarısı Baltikyanı Ust-Luqa limanından həyata keçirilib.
“Kommersant” qeyd edir ki, mazut ixracının artımı digər məsələlərlə yanaşı, dron hücumlarından əziyyət çəkən neftayırma zavodlarında emalın artması ilə bağlıdır.
Qeyd edək ki, 2024-cü ilin əvvəlindən Rusiya neftayırma zavodları mütəmadi olaraq Ukrayna pilotsuz təyyarələri tərəfindən hücuma məruz qalıb, bunun nəticəsində bəzi NEZ-lərdə ilkin neft emalı blokları sıradan çıxıb. Rusiya aprel ayına qədər əsas neft emalı zavodlarının gücünü qismən bərpa edə bilib.
APA
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay