BAKU Azərbaycan
11.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
54315

Məlumdur ki, yenilənən Azərbaycanda siyasi dəyərlər, formalar, addımlar da yenilənir. Rahatlıqla demək olar ki, artıq Azərbaycanda dövlət quruculuğunun yeni bir mərhələsi başlayıb. 

Xüsusi ilə də Qarabağ işğaldan azad edilməsindən sonra hərbi doktrinada və milli təhlükəsizlik konsepsiyasında qarşıya qoyulan hədəflər, nəzərdə tutulan dövlət əhəmiyyətli, taleyüklü məsələlər əksərən öz həllini tapmışdır. 

Bununla da müasir Azərbaycan tarixində çox önəmli və ibrətamiz bir mərhələ qapanmış, yeni, daha məsuliyyətli, qürurlu dövr başlamışdır. 

Dövlət başçısı verdiyi müsahibələrdə, açıqlamalarda cəmiyyətimizin ziyalılarına, ictimai xadimlərə milli ideyanın yeni inkişaf istiqamətləri barəsində ən müxtəlif səviyyələrdə müzakirələrə başlaması barəsində tövsiyələrini bəyan etmişdir. 

Yeni dövrdə, yeni siyasi quruculuqda məhz hüquqi dövlət quruculuğunun daha intensiv və ardıcıl şəkildə həyata keçirilməsi çox böyük əhəmiyyətə malikdir. Bütün bunları isə görməmək mümkün deyil. 

İstənilən sahədə gedən dəyişikliklər dövlət orqanlarında da açıq-aşkar görünür. Belə ki, hüquq-mühafizə və ədliyyə orqanlarının, məhkəmələrin işinin daha demokratik, mütərəqqi dəyərlərə uyğun təşkil edilməsi, vətəndaş cəmiyyətinin bu proseslərdə iştirakçılıq nisbətinin artırılması, individual yanaşma, vətəndaşların köklü hüquqi problemlərinin həlli istiqamətində yeni dövr başladılmışdır. 

Uzun illərdən bəri müəyyən obyektiv və subyektiv səbəblərdən dolayı yığılıb qalmış və həllini gözləyən məsələlərlə bağlı yerlərdə müvafiq istiqamətdə proseslərə təkan verilmişdir. 

Bu mənada, qarşıya qoyulan hədəflərə çatmaq və yeni dövrün çağırışlarına səs verə bilmək üçün gənc, enerjili, müstəsna intellektual keyfiyyətlərə malik, vətən, millət eşqi ilə yaşayan kadr resurslarına ehtiyac duyulur. 

Respublikanın ən müxtəlif ali təhsil ocaqlarında və dünyanın nüfuzlu ali məktəblərində təhsil görmüş milli kadrların mütəşəkkil qaydada səfərbər edilməsinə, onların ixtisasa uyğun formada təyinat və öhdəlik götürməsinə zəmin yaradılmalıdır. 

Hüquqşünaslar, sosioloqlar, iqtisadçılar, maliyyəçilər, siyasi elmin əsaslarına yiyələnmiş digər humanitar və dəqiq elmlərin mütəxəssisləri iş başına keçməli, vətən qarşısında öz müqəddəs borclarını yerinə yetirməlidirlər. İslahatlar ərazi bütövlüyünün tam təmin olunduğu və  Respublikanın həyat fəaliyyətinin ən müxtəlif sahələrində keyfiyyət, məzmun dəyişikliyinin baş tutduğu bir vaxtda dövlətimizi sivil dünyanın bir parçasına çevirmək, dünyanın qabaqcıl ölkələri sırasına doğru yerdəyişmə etməsinə zəmin yarada bilər. 

Bəli, Azərbaycan məmur aparatı artıq Qarabağlı Azərbaycan üçün gecəsinə-gündüzünə qatıb çalışmalıdır. Qarşımızda tərəqqimizi tormozlayacaq heç bir əngəl qalmamışdır. Çoxşaxəli, çoxvektorlu, elastik və mozaik inkişaf xəttini izləyə bilmək potensialına malikik. 

Bu səbəbdən, gənclərin müqəddəs amal uğrunda vahid ideya ətrafında səfərbər olması gərəkdir. Bunun üçün siyasi iradə, sosial-ictimai şərait və sifariş var. Ən yüksək səviyyədə bu prosesi həyata keçirmək üçün lazım olan dəstək mövcuddur.
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Sahibləri “Expressbank”dan nə qədər qazanır?

Sahibləri “Expressbank”dan nə qədər qazanır?

Dəyəri 5 000 manata qədər məhsulların ixracı gömrük ödənişlərindən azad olunacaq

"Təşviqlər hesabına İKT sektorunda maaş fondu 40 % artıb"

Ləzə kəndində turizm infrastrukturu yaradılacaq - Agentlik 1,1 milyon manat ayırdı

Bakıda bir neçə marşrut xətləri üzrə elektrobuslar fəaliyyətə başlayıb

Assosiasiya BOKT-lər üçün nizamnamə kapitalı tələbinin artırılmasına münasibət bildirib

Bu şəxslərin maaşlarının artırılması təklif olunur

Azərbaycanda bankların faiz xərclərinin həcmi açıqlanıb - SİYAHI

Xaricdən nəqliyyat vasitələri alışına çəkdiyimiz xərc 300 milyon dollara yaxın azalıb

"Azpulmat" və "Manato"ya borcu olanlara şad xəbər - Qaydalar dəyişdi

Bu şirkət 10 ayda 20 tender udub - Siyahı

Bakı merinin müavinləri yoxdur - 4 yüksək posta təyinat ola bilər

Banklar nə qədər əməliyyat gəliri əldə edib? - Cədvəl

Ali Məhkəmə: Kredit mübahisələrində bankın hesabdan çıxarışı və maliyyə arayışı mötəbər sübut sayılmır

BOKT-lar üçün nizamnamə kapitalı tələbi 3 dəfədən çox artırıldı

Mingəçevir su anbarında ZƏLZƏLƏ OLDU

Konsultasiya şirkətləri biznesə necə dəstək olur?

Azərbaycan bu ölkəyə əncirin bir kiloqramını 34 manata satır - Cədvəl

Azərbaycan bu ölkəyə əncirin bir kiloqramını 34 manata satır - Cədvəl

Yüksək dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Milli Məclisdə yeni təyinat

Taksi qiymətləri yenidən dəyişdi (VİDEO)

35 şirkətin rəhbəri həbs olundu: Bir neçə vəzifəli şəxsin qanunsuz əməlləri ifşa edildi

Vasif Talıbovun oğlunun rəhbərlik etdiyi federasiya fəaliyyətini dayandırdı

Rusiyadan "Telegram"a 7 milyon rubl cərimə

Rubl və avro bahalaşdı - Məzənnə

Neftimizin qiyməti 2 dollara yaxın ucuzlaşıb

Pulsuz tibbi xidmətlərin sayı artırılır - RƏSMİ

Süni intellekt əsəb və stresi azalda bilərmi? - Araşdırma - SƏHƏR OXUSU

Tehran və Moskvanın dollarla vidalaşması

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin