Altı vəkil cəzalandırıldı - Biri məhkəməlik oldu
Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib.
Valyuta.az xəbər verir ki, Kollegiyanın sədri Anar Bağırov Rəyasət Heyətinin fəaliyyəti barədə məlumat verib.
İclasda dövlət qulluğunda olması ilə əlaqədar vəkillik fəaliyyəti dayandırılan bir vəkilin fəaliyyətinin bərpa olunması barədə müraciətinə, habelə 4 vəkilin dövlət qulluğuna qəbul edilməsi ilə əlaqədar vəkillik fəaliyyətlərinin dayandırılması və onların mükafatlandırılması məsələlərinə baxılıb, müvafiq qərarlar çıxarılıb.
Bundan başqa Kollegiyada bir sıra təyinatlar olduğu açıqlanıb. Kollegiya Aparatının rəhbəri-Baş katib vəzifəsinə ARVK Aparatının İnsan resursları Şöbəsinin müdiri, vəkil Orxan Babayev, Aparatının İnsan resursları Şöbəsinin müdiri vəzifəsinə Kollegiya Aparatının əməkdaşı Əli Mirzəyev və Aparatın Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri vəzifəsinə isə Gözəl Hüseynzadə təyin edilib.
Vəkillərin İntizam Komissiyasının rəylərinə əsasən, yol verdikləri intizam pozuntularına görə 1 vəkilin fəaliyyəti dayandırılmaqla ARVK üzvlüyündən xaric olunması üçün məhkəməyə müraciət edilməsi qərara alınıb, 1 vəkilin fəaliyyəti müəyyən müddətə dayandırılıb, 4 vəkilə töhmət verilməsi barədə intizam tənbehləri tətbiq edilib, 6 vəkilə isə xəbərdarlıq olunub.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay