Azərbaycanda özəl sektordakı hər 3 nəfərdən biri alverlə məşğul olur - Rəsmi
Bu ilin iyul ayının əvvəlinə olan sonuncu məlumata görə, Azərbaycanda qeyri-dövlət (özəl) sektorunda 873 min 304 nəfər muzdlu işçi (əmək müqaviləsi ilə işləyənlər) çalışıb.
Valyuta.az xəbər verir ki, son bir il ərzində özəl sektorda muzdlu işçilərin sayı 5,1% artıb.
Məlumat üçün qeyd edək ki, özəl sektorda muzdlu işçilər ən çox pərakəndə satış sahəsində işləyirlər. Bu sahədə 237 min 482 nəfər çalışır. Bundan başqa 82 min 9 nəfər topdan satış sahəsində işləyir. Nəticədə ticarət sahəsində işləyən işçilərin ümumi sayı 319 min 491 nəfər olub. Ticarət sahəsində işləyənlərin sayı özəl sektorda çalışan ümumi işçilərin 36,6%-ni təşkil edib.
Ticarət sahəsindən sonra Azərbaycanda insanlar ən çox tikinti sahəsində işləyirlər. Tikinti sahəsində ümumilikdə 98 min 342 nəfər işləyib və bunların da 60 min 146 nəfəri binaların tikintisi ilə məşğul olublar.
Azərbaycanda insanlar özəl sektorda ən çox aşağıdakı sahələrdə işləyirlər:
Pərakəndə ticarət – 237 482 nəfər
Tikinti – 98 342 nəfər
Topdan ticarət – 82 009 nəfər
Turizm və ictimai iaşə (kafe, restoran, çayxana və s.) – 45 222 nəfər
Kənd təsərrüfatı – 33 728 nəfər
Qida məhsullarının istehsalı – 33 592 nəfər
Maliyyə və sığorta – 30 717 nəfər
Səhiyyə - 26 135 nəfər
Təhsil – 15 668 nəfər
Neft və təbii qaz hasilatı – 11 988 nəfər
© Yeniavaz
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay