“Ən böyük risk heç bir risk almamaqdır” - Mark Zukerberqdən sitatlar
Mark Zukerberq 1984-cü ildə Nyu-Yorkda anadan olub. O, “Facebook”-da daha çox vaxt keçirmək üçün Harvard Universitetini tərk edib və hazırda dünyanın ən varlı adamları sırasındadır. “Meta Platforms”-un həmtəsisçisi və baş direktoru Mark Zukerberq “Facebook”-u 2004-cü ildə 19 yaşında təsis edib.
Valyuta.az dünyanın ən varlı adamlarından biri olan Mark Zukerberqin uğurunu ümumiləşdirən 10 sitat təqdim edir:
“Ən böyük risk heç bir risk almamaqdır. Həqiqətən sürətlə dəyişən dünyada uğursuz olan yeganə strategiya risk etməməkdir”.
“Sadə bir iş qaydası var, əvvəlcə daha asan olanı etsəniz çox irəliləyiş əldə edə bilərsiniz”.
“Bütün işlər yolunda gedirsə, kifayət qədər sürətli hərəkət etmirsiniz. İnsanlar səhv edərək öyrənirlər”.
“Sürətlə hərəkət edin, risk edin, heç nə etməməkdənsə, böyük şeyləri sınayın. Planın işləməməsindən dərs almaq daha yaxşıdır”.
“İnsanlar sizin haqqınızda deyilənlərə əhəmiyyət vermir. Nə dediyiniz belə onlara maraqlı deyil. Onlar nə iş gördüyünüzə baxırlar”.
“Gördüyünüz işlərdə kimisə aldatmaq sizə heç nə qatmır, əksinə sizi hədəfinizdən uzaqlaşdırır”.
“Nəyisə dəyişmək istəyəndə hamını razı sala bilməzsən. Hər kəsi razı salmısınızsa deməli, kifayət qədər irəliləyiş əldə etməmisiniz”.
“Hər gün özümə sual verirəm: “Mən edə biləcəyim ən vacib işi edirəmmi?”. Əlimdən gələn ən vacib problemi həll etmirəmsə, vaxtımı boş yerə sərf etdiyim üçün özümü pis hiss edirəm”.
“Həqiqətən sevdiyiniz bir şeyi etsəniz, hər şey çox asanlaşar və daha çox məqsədə nail olarsınız”.
“Düşünürəm ki, əgər sən dünyadakı insanlar üçün yaxşılıq etsən, o sənə geri qayıdacaq və zamanla bundan faydalanacaqsan”.
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay