Araz Paşayev yüksək vəzifəyə seçildi
Avqustun 22-də Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ Respublika Komitəsi) II Məclisi keçirilib.
ATİAHİ Respublika Komitəsinin Rəyasət Heyəti üzvləri arasında qismən dəyişiklik edilib və təşkilata yeni sədr seçkisi həyata keçirilib. Məclis üzvlərinin açıq səsverməsi yolu ilə keçirilən seçkidə Araz Nadir oğlu Paşayev ATİAHİ-nin sədri seçilib.
Xatırladaq ki, A.Paşayev bundan əvvəl Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri vəzifəsində çalışıb.
Araz Paşayev Nadir oğlu 4 iyul 1983-cü ildə Şəki şəhərində anadan olub.
2000-ci ildə Şəki şəhəri 8 saylı beynəlmiləl tam orta məktəbini bitirib. 2000-2004-cü illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix fakültəsinin bakalavriat səviyyəsi, 2007-2009-cu illərdə Bakı Dövlət Universitetinin tarix fakültəsinin magistratura səviyyəsi üzrə və 2011-2014-cü illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında hüquqşünaslıq ixtisası üzrə təhsil alıb. 2022-ci ildən Bakı Dövlət Universitetinin Əmək və Ekologiya hüququ kafedrasında əmək hüququ ixtisası üzrə doktorantura təhsili alır.
Əmək fəaliyyətinə 2006-cı ildə başlayıb, indiyədək müxtəlif yerli və beynəlxalq təşkilatlarda rəhbər vəzifələrdə çalışıb. 2021-ci ildən etibarən Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri vəzifəsində çalışır.
A.Paşayev əmək fəaliyyəti ilə yanaşı pedaqoji fəaliyyət ilə də məşğul olub. 2007-2012-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində “İnsan resurslarının idarə olunması və korporativ mədəniyyət”, 2011-2012-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında magistrlərüçün “İnsan resurslarının idarə olunması” fənlərini tədris edib. Hal-hazırda, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında Əmək və sosial təminat hüququ fənnini tədris edir. A.Paşayev yerli və bir sıra beynəlxalq maliyyə institutları tərəfindən maliyyələşən layihələrdə potensial quruculuğu və institusional inkişaf üzrə ekspert qismində iştirak edib.
Ailəlidir, 2 övladı var.
© Baku.ws
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay