Xəbər
22.08.2024 / 17:50
“Səba”nı satın alan şirkət nizamnamə kapitalını 32 milyona qədər azaltdı
54211
“Səba” Açıq Səhmdar Cəmiyyətinin səhmlərini alan “Chicken Pro.” MMC nizamnamə kapitalını azaldıb.
Valyuta.az xəbər verir ki, MMC nizamnamə kapitalını 242.496 manat azaldıb. Şirkətin nizamnamə kapitalı 32.103.459 müəyyən edilib.
Cəmiyyətin debitor və kreditorları bu barədə xəbərdar edilib və qanunla kreditorların nizamnamə kapitalı azalan hüquqi şəxsin öhdəliklərinin xitam verilməsini və vaxtından əvvəl icra olunmasını və zərərin əvəzinin ödənilməsini tələb etmək hüquqlarının olması bildirilib.
Qeyd edək ki, “Chicken Pro.” MMC “Səba”nın təsisçiliyi ilə yaradılıb. Daha sonra MMC “Səba”nın səhmlərini alıb. Şirkətin qanuni təmsilçisi Əliyev Abid Müstəqim oğludur.
Əvəz Həsənov
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay