Azərbaycanda zinət əşyaları bahalaşır - QİYMƏTLƏR
Son bir ildə beynəlxalq birjalarda qızılın bahalaşması qızıldan hazırlanan zinət əşyalarının da qiymətinin artmasına səbəb olub.
Valyuta.az xəbər verir ki, son bir ildə xalis qızılın qiyməti 30 faizdən çox artıb. Belə yüksək qiymət artımı ilə əlaqədar olaraq Azərbaycanda pərakəndə qaydada satılan zinət əşyalarının dəyəri nəzərəçarpacaq dərəcədə artıb.
Daxili bazar məlumatlarına əsasən, bir il əvvəl 592 manat olan 5 qramlıq 750 əyarlı qızıl üzüyün qiyməti 2024-cü ilin avqustunda 750-800 manata yüksəlib. Bu o deməkdir ki, son bir ildə Azərbaycanda 5 qramlıq 750 əyar qızılın dəyəri 26-35 faiz intervalında artıb.
Xarici ekspertlərin proqnozlarına görə, qızılın qiyməti ən azından bu ilin sonuna qədər yüksələcək. Qiymətlərin yüksəlməyə meyilli olması isə qızılın pərakəndə satış qiymətlərinin daha çox artırılmasına səbəb olur.
© Sfera.az
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay